Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

30 ilin yarımçıq qalan arzusu necə gerçəyə çevrildi?

19/09/2026 12:05
CƏMİYYƏT
812 16
30 ilin yarımçıq qalan arzusu necə gerçəyə çevrildi?
685
Paylaşım sayı
952
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

“Suverenlik dövlətin varlığının, xalqın milli iradəsinin və gələcəyə sahib olmaq hüququnun ən ali ifadəsidir. 20 sentyabr isə Azərbaycan tarixində bu ali hüququn tam bərpa edildiyi gün kimi əbədi yaşayacaq”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

badam.jpeg (279 KB)

O qeyd edib ki, hər bir xalq üçün müstəqillik və suverenlik ən böyük milli sərvətdir:

“Müstəqillik xalqın öz taleyini müəyyən etmək hüququdursa, suverenlik həmin hüququ öz ölkəsinin bütün ərazisində həyata keçirmək imkanına malik olmaqdır. Suveren dövlət öz ərazisində qanunlarını tətbiq edir, sərhədlərinə nəzarət edir, dövlət idarəçiliyini həyata keçirir və milli iradəsini heç bir xarici qüvvənin diktəsi olmadan reallaşdırır. Azərbaycan xalqı bu haqq uğrunda uzun və mürəkkəb mübarizə yolu keçib. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Torpaqlarımızın bir hissəsi işğal edildi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı. Azərbaycanın ərazi bütövlüyü pozuldu, işğal olunmuş ərazilərimizdə dövlətimizin konstitusion quruluşunun fəaliyyəti dayandırıldı və separatçı rejim yaradıldı. Beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin illər keçdikcə həmin qətnamələrin kağız üzərində qalan tələblərə çevrilməsi Azərbaycanın haqlı narazılığını daha da artırdı. Azərbaycan uzun illər diplomatik və siyasi müstəvidə öz haqqını müdafiə etdi. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparıldı. Lakin danışıqlar prosesi nəticəsiz qaldı və işğal faktı aradan qaldırılmadı. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan etdi ki, mövcud status-kvo qəbuledilməzdir və işğal olunmuş torpaqlarımız azad edilməlidir. Lakin qarşı tərəfin zaman-zaman səsləndirdiyi bəyanatlar vəziyyətin həlli istiqamətində siyasi iradənin olmadığını göstərirdi. Xüsusilə Ermənistan rəhbərliyinin 2018-ci ildən sonra səsləndirdiyi bəzi bəyanatlar və Azərbaycana qarşı yeni ərazi iddiaları danışıqlar prosesinin mahiyyətinə zidd idi. Şuşada, Cıdır düzündə səsləndirilən bəyanatlar, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinin səsləndirilməsi Azərbaycanın cavabını daha da qəti etdi. Prezident İlham Əliyevin “Valday” Diskussiya Klubunda “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı Azərbaycanın mövqeyinin siyasi ifadəsinə çevrildi. Bu, sadəcə siyasi şüar deyildi. Bu ifadənin arxasında Azərbaycanın dövlət siyasəti, xalqın iradəsi, ordumuzun gücü və dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək əzmi dayanırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb və siyasi tarixində yeni səhifə açdı. Ordumuzun döyüş meydanında qazandığı uğurlar bir-birinin ardınca yeni ərazilərin azad olunması ilə nəticələndi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonunun Hadrut qəsəbəsi (tarixi adı Ağoğlan) və nəhayət, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad edildi. 8 Noyabr 2020-ci il Azərbaycan tarixinin ən möhtəşəm günlərindən birinə çevrildi. Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşada üçrəngli Azərbaycan bayrağının ucaldılması xalqımıza illərlə gözlədiyi qürur hissini yaşatdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Lakin Azərbaycan üçün məqsəd yalnız işğal olunmuş ərazilərin böyük hissəsinin azad edilməsi deyildi. Əsas hədəf ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası idi”.

İLHAM ESGER.jpg (246 KB)

Deputat onu da diqqətə çatdırıb ki, 2020-ci ildən sonra Qarabağda separatçı rejimin qalıqları və qanunsuz silahlı birləşmələr mövcudluğunu davam etdirdi:

“Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bölgədə silah-sursatın yerləşdirilməsi və hərbi fəaliyyətin davam etdirilməsi təhlükəsizlik problemlərini artırırdı. 2023-cü il aprelin 23-də Azərbaycan–Ermənistan sərhədində, Laçın istiqamətində Həkəri çayı üzərində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədinə nəzarətinin təmin olunması baxımından mühüm addım oldu. Artıq Azərbaycan öz ərazisində dövlət nəzarətinin tam təmin edilməsi istiqamətində son mərhələyə daxil olmuşdu. Və nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri başladı. Azərbaycan Ordusu qarşıya qoyulmuş hərbi və siyasi məqsədlərə qısa müddətdə nail oldu. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində uzun illər davam edən yarımçıq bir proses başa çatdı. Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün ərazisində dalğalanmağa başladı. Bu, təkcə hərbi qələbə deyildi. Bu, dövlət suverenliyinin qələbəsi idi. Bu, milli iradənin qələbəsi idi. Bu, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qələbəsi idi. Bu, Azərbaycan xalqının öz dövlətinə və ordusuna inamının qələbəsi idi. 20 sentyabr məhz bu tarixi hadisəyə görə Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur”.

ANTİTERROR SON.jpg (60 KB)

Azər Badamovun sözlərinə görə, bu günün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq öz ərazisinin bütün hissəsində dövlət hakimiyyətini həyata keçirir:

“Dövlətimizin Konstitusiyası və qanunları ölkənin bütün ərazisində qüvvədədir. Dövlət sərhədlərimizin qorunması, təhlükəsizliyin təmin olunması və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması Azərbaycanın suverenliyinin real nəticələridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng bərpa layihələri bu tarixi qələbənin davamıdır. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanlar indi öz evlərinə qayıdırlar. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri, inzibati binalar tikilir. İşğalın izləri tədricən silinir, həyat yenidən canlanır.

QAYİDİS.jpg (187 KB)

Bütün bunların arxasında güclü dövlət iradəsi dayanır. Azərbaycanın bu tarixi Zəfərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan rəhbərliyi uzun illər ərzində həm diplomatik müstəvidə ölkəmizin mövqeyini müdafiə etdi, həm də güclü ordu quruculuğu həyata keçirdi. Bu gün Azərbaycan Ordusu Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində göstərdiyi peşəkarlıq və qəhrəmanlıqla öz adını dövlətçilik tariximizə əbədi həkk etdirib. Lakin bu Zəfəri yalnız hərbi uğur kimi qiymətləndirmək də düzgün olmazdı. Bu, xalq–ordu–dövlət birliyinin nəticəsi idi. Azərbaycan xalqı müharibə illərində ordusunun yanında dayandı. Cəbhədən gələn hər bir qələbə xəbəri milyonlarla insanın qəlbində eyni sevinc hissini yaratdı. Şəhidlərimizin xatirəsi qarşısında baş əyən xalqımız qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq. 20 sentyabr həm də həmin qəhrəmanların, şəhidlərimizin və Vətən uğrunda canından keçən bütün övladlarımızın xatirəsinə ehtiram günüdür. Bu tarix bizə bir daha göstərir ki, dövlətin ərazi bütövlüyü və suverenliyi yalnız hüquqi anlayış deyil. Onun arxasında xalqın milli iradəsi, dövlətin gücü, ordunun qüdrəti və vətəndaş həmrəyliyi dayanır. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. İl ərzində ölkəmizdə və xaricdə keçirilən tədbirlərdə Konstitusiyanın və dövlət suverenliyinin Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti bir daha vurğulandı. Bu gün 20 sentyabr Azərbaycan xalqının milli qürur günlərindən biridir. Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün ərazisində dalğalandığı gündür. Bu gün dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu gündür. Bu gün Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi tarixi ədalətin bərpa olunduğu gündür.

16364796332334219333_1000x669.jpg (41 KB)

Suverenlik dövlətin ən böyük sərvətidir. Onu qazanmaq böyük mübarizə, qorumaq isə daim ayıq-sayıq olmağı tələb edir. Azərbaycan xalqı öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini bundan sonra da qoruyacaq. 20 sentyabrın tariximizə yazdığı əsas həqiqət isə budur ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan suveren dövlətdir. Azərbaycanın üçrəngli Dövlət Bayrağı onun bütün ərazisində əbədi dalğalanacaq”.

Oxşarxəbərlər

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı
CƏMİYYƏT

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
CƏMİYYƏT

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
951
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
CƏMİYYƏT

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

19/09/2026 13:11
952
Sabahın havası: Yağış, dolu…
CƏMİYYƏT

Sabahın havası: Yağış, dolu…

19/09/2026 12:42
954
Gömrükdən dini kitab keçirmək istəyənlərə xəbərdarlıq
CƏMİYYƏT

Gömrükdən dini kitab keçirmək istəyənlərə xəbərdarlıq

19/09/2026 12:39
958
Mədət Quliyevin ailə fotosu paylaşıldı
CƏMİYYƏT

Mədət Quliyevin ailə fotosu paylaşıldı

19/09/2026 12:27
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
959
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
951
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.