Yaxın günlər ərzində ABŞ-də təqribən 80 milyon insan ekstremal istilər, eyni zamanda dolu ilə müşayiət olunan tufanlar və ehtimal edilən tornadolardan təsirlənəcək.
Gündəm24.az xəbər verir ki, bu barədə ABC telekanalı müvafiq proqnozlarla çıxış edib.
Milli Meteorologiya Bürosunun məlumatına əsasən, ABŞ-nin Şərq sahilinin demək olar ki, bütün ştatlarında – Mendən tutmuş Corciyaya qədər, eləcə də Missuri, Ohayo və Tennessidə dolulu şimşək çaxacağı ehtimal edilir. Əlverişsiz hava şəraiti bəzi ərazilərdə sürəti saniyədə 38 metrə çatan qasırğalı küləklərlə müşayiət olunacaq. Həmçinin, tornadoların yaranma riski də istisna edilmir.
Bununla yanaşı, Kaliforniya və Florida ştatlarında kəskin istilərlə bağlı xəbərdarlıqlar elan edilib. Qeyd olunan ərazilərdə yaxın günlərdə havanın temperaturunun 40 dərəcədən (Selsi) yuxarı qalxacağı gözlənilir.\\Oxu.Az














