Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb.
Gündəm24.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən İlyasova (Qurbanova) Ülviyyə Hüseynağa qızı ixtisasca həkim deyil. Onun yalnız ibtidai müəllimlik üzrə ali təhsili var. Göstərdiyi fəaliyyətlə bağlı isə yalnız Türkiyədə kurs keçib.
İttihama görə, Ülviyyə İlyasova “Turana Estetik” klinikasında özünü həkim kimi təqdim edərək aktrisa Mila Əlibəyovaya “liposaksiya – piy sovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı edəcəyini vəd edib. O, zərərçəkmiş şəxsdən 1500 manat məbləğində pul vəsaiti alaraq həmin yerdə əməliyyat keçirib.\NOCOMMENT.az













