Çərşənbə, Mart 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

18/03/2026 18:00
CƏMİYYƏT
41 2
Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ
54
Baxış sayı

“Azərbaycan İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı 18 mart 2026-cı il tarixində keçirilib.

Gündəm24.az   xəbər verir ki, Azərbaycan İdman Rəqsləri Federasiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizdə rəqs idmanının yeni inkişaf mərhələsinə keçidi və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi məqsədilə keçirilən növbədənkənar iclasda federasiya rəhbərliyində mühüm dəyişikliklər edilib.

Səsvermənin nəticələrinə əsasən, tanınmış iş adamı və təcrübəli idarəçi Ali Həşimli Muxtar oğlu Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.

İclasda Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Nazir Fərid Qayıbov çıxış edərək bildirib:

“Azərbaycan İdman Rəqsləri Federasiyasında baş verən bu yenilənmə ölkəmizdə idmanın inkişafına verilən önəmin bariz nümunəsidir. Rəqs idmanı həm mədəniyyətimizin, həm də idmanımızın ayrılmaz tərkib hissəsidir və bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

İnanıram ki, yeni seçilmiş rəhbərlik – Ali Həşimli və onun komandası federasiyanın fəaliyyətinə yeni dinamika gətirəcək, şəffaf və peşəkar idarəetmə prinsiplərini daha da gücləndirəcəkdir.

Xüsusilə gənclərin bu sahəyə cəlb olunması, beynəlxalq arenada uğurların artırılması və milli rəqs ənənələrinin qorunaraq inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə olunacağını ümid edirəm.

Nazirlik olaraq federasiyanın bütün təşəbbüslərinə dəstək göstərməyə hazırıq və bu əməkdaşlığın ölkəmizdə rəqs idmanının inkişafına ciddi töhfə verəcəyinə inanıram.”

Eyni iclasda Eşqin İsmayıllı və Etibar Məmmədov vitse-prezident vəzifələrinə seçiliblər.

Vitse-prezident vəzifəsinə seçilən Eşqin İsmayıllı və Etibar Məmmədov strateji düşüncə tərzi, güclü liderlik keyfiyyətləri və nəticəyönümlü fəaliyyətləri ilə tanınan peşəkar şəxslərdir. Onların federasiya rəhbərliyində təmsil olunması idarəetmə keyfiyyətinin yeni mərhələyə yüksəlməsinə, innovativ yanaşmaların tətbiqinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və ölkəmizdə rəqs idmanının dinamik inkişafına mühüm təkan verəcəkdir.

Ali Həşimli kimdir?

1984-cü ildə Laçın rayonunda anadan olan Ali Həşimli Azərbaycanın biznes mühitində geniş təcrübəyə malik, strateji baxışlı idarəçidir.

O, hazırda ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “Grandmart”, “Bolmart” və “Megastore” mağazalar şəbəkəsinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.

Eyni zamanda, ölkənin böyük distribusiya və istehsal şirkətlərindən biri olan “Avrora” şirkətində müşavir vəzifəsini icra edir və müxtəlif sahələri əhatə edən bir sıra uğurlu biznes layihələrinin təşəbbüskarıdır.

Təhsil fəaliyyəti;

Qərb Universiteti – Turizm və sosial sahədə xidmət

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Menecment
İstanbul Universiteti – Biznesin idarə edilməsi (MBA)

Ali Həşimli ailəlidir, üç övladı var.

Oxşarxəbərlər

İmtahan nəticələri AÇIQLANIB
CƏMİYYƏT

İmtahan nəticələri AÇIQLANIB

18/03/2026 18:56
53
Martın 19-20-si ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Martın 19-20-si ilə bağlı XƏBƏRDARLIQ

18/03/2026 18:32
56
DTX dövlətə qarşı xəyanəti ifşa etdi – DEPUTATLAR SƏRT DANIŞDI
CƏMİYYƏT

DTX dövlətə qarşı xəyanəti ifşa etdi – DEPUTATLAR SƏRT DANIŞDI

18/03/2026 18:21
55
ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı
CƏMİYYƏT

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

18/03/2026 18:01
54
Bu tərbiyəsizliyi edənlər mənəvi dəyərlərdən uzaqdırlar! – Jurnalistlər
CƏMİYYƏT

Bu tərbiyəsizliyi edənlər mənəvi dəyərlərdən uzaqdırlar! – Jurnalistlər

18/03/2026 17:47
51
Prezident Xocavənddə Novruz tonqalını alovlandırdı – VİDEO
CƏMİYYƏT

Prezident Xocavənddə Novruz tonqalını alovlandırdı – VİDEO

18/03/2026 17:05
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu iki ölkə arasında atəşkəs elan olundu

Bu iki ölkə arasında atəşkəs elan olundu

18/03/2026 20:12
50
SEPAH-dan bu ölkələrə XƏBƏRDARLIQ

SEPAH-dan bu ölkələrə XƏBƏRDARLIQ

18/03/2026 19:09
53
İmtahan nəticələri AÇIQLANIB

İmtahan nəticələri AÇIQLANIB

18/03/2026 18:56
53
Pezeşkian TƏSDİQLƏDİ

Pezeşkian TƏSDİQLƏDİ

18/03/2026 18:34
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

16/03/2026 17:50
76

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.