Cümə axşamı, Mart 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ali məktəblərdə təhsil haqları artacaq – SƏBƏB

19/03/2026 10:40
CƏMİYYƏT
42 1
Ali məktəblərdə təhsil haqları artacaq – SƏBƏB
55
Baxış sayı

Son illər ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərində müəyyən artımlar müşahidə olunur. Hər il bəzi ixtisaslar üzrə qiymətlərdə baş verən bu dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir. Təhsil haqlarının formalaşmasına təsir edən amillər, universitetlərin xərcləri və tədrisin keyfiyyətinin təmin olunması kimi məsələlər bu mövzuda diqqət çəkən məqamlardandır. Mövcud vəziyyət fonunda ali təhsil müəssisələrində təhsil haqlarında müşahidə olunan artımların hansı səbəblərlə bağlı olduğu və bu il qiymətlərdə dəyişiklik gözlənilib-gözlənilmədiyi də müzakirə predmetinə çevrilir.

Gündəm24.az  xəbər verir ki, mvzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev ali təhsil müəssisələrində təhsil haqlarının artmasını bir sıra səbəblərlə izah edib.
“İlk növbədə qeyd etmək lazımdır ki, yaşayış səviyyəsi və gündəlik tələbat artdıqca universitet əməkdaşlarının, xüsusilə müəllimlərin əməkhaqqı tələbləri də yüksəlir. Bu isə ali təhsil müəssisələrinin xərclərinə birbaşa təsir göstərir. Digər tərəfdən, ölkədə orta gəlirin və yaşayış minimumunun artması da müəllim və digər əməkdaşların daha yüksək əməkhaqqı gözləntilərini formalaşdırır. Universitetlər isə keyfiyyətli kadrları cəlb etmək və onları saxlamaq üçün daha rəqabətli əməkhaqqı təklif etməyə məcbur qalırlar”.
O eyni zamanda nəzərə çatdırıb ki, təhsil haqlarının artmasına təsir edən mühüm amillərdən biri də valideyn və tələbələrin universitetlərdən daha keyfiyyətli təhsil gözləntiləridir:
“Bu gözləntilərin qarşılanması üçün ali təhsil müəssisələrində müasir infrastrukturun yaradılması, yeni tədris binalarının, laboratoriyaların və digər texniki imkanların qurulması tələb olunur ki, bu da böyük maliyyə yatırımları deməkdir. Bundan əlavə, son illərdə informasiya texnologiyaları, kompüter mühəndisliyi və digər texnoloji ixtisaslara tələbənin axınının artması maliyyə tutumlu yeni laboratoriyaların yaradılması zərurətini ortaya çıxarıb. Belə ixtisaslar üzrə müasir avadanlıqların təmin olunması da əlavə xərclər yaradır. Eyni zamanda bazar qaydalarına uyğun olaraq populyar ixtisaslara tələbat çox olduqda həmin ixtisaslar üzrə təhsil haqları da yüksələ bilir. Bu isə tələb və təklif balansı ilə bağlı formalaşan iqtisadi amildir”.
Milli Məclisin deputatı əlavə edib ki, digər mühüm məqam isə xarici universitetlərlə əməkdaşlıq və ikili diplom proqramlarının həyata keçirilməsidir:
“Bu cür proqramların tətbiqi üçün universitetlərin həm infrastruktur, həm də tədris məzmunu baxımından beynəlxalq standartlara uyğunlaşdırılması tələb olunur ki, bu da əlavə maliyyə xərcləri ilə müşayiət edilir.
Bundan başqa, rəqəmsallaşma bu gün ali təhsil müəssisələri qarşısında duran əsas prioritetlərdən biridir. Tədris prosesinin rəqəmsal platformalara keçirilməsi, yeni texnologiyaların tətbiqi və elektron təhsil mühitinin qurulması ciddi maliyyə sərmayəsi tələb edir”, – deyə S.Vəliyev fikrini yekunlaşdırıb.
Təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, ali təhsil müəssisələrində təhsil haqlarının müəyyənləşdirilməsi və tənzimlənməsi bir neçə qurumun iştirakı ilə həyata keçirilir.
“Bu prosesdə Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, eləcə də universitet rəhbərliyi müəyyən rol oynayır. Adətən universitet rəhbərliyi hər hansı ixtisasın açılması və ya mövcud ixtisas üzrə təhsil haqqının müəyyənləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edir. Nazirlik təqdim olunan təklifi uyğun hesab etdikdə məsələ Nazirlər Kabinetinə təqdim olunur və təsdiqdən sonra həmin təhsil haqqı universitet tərəfindən tətbiq edilir.
Özəl ali təhsil müəssisələrində isə bu proses bir qədər fərqli şəkildə həyata keçirilir. Əgər universitet hər hansı quruma bağlıdırsa, təhsil haqları həmin qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilir. Universitet müstəqil fəaliyyət göstərirsə, qiymətlər rəhbərlik tərəfindən müəyyən olunur və bu barədə Elm və Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verilir.
Ümumilikdə ali məktəblərdə təhsil haqlarının tənzimlənməsi bir sıra amillərdən asılıdır. Bu məsələdə universitetin prestiji, təhsilin keyfiyyəti, maddi-texniki bazası və rəqabət qabiliyyəti əsas rol oynayır. Məsələn, yüksək standartlara uyğun infrastruktura və güclü tədris mühitinə malik ali məktəblərdə təhsil haqqı da daha yüksək olur. Bu baxımdan ADA Universiteti ilə regionlarda fəaliyyət göstərən bəzi universitetlərin təhsil haqlarını eyni səviyyədə müqayisə etmək mümkün deyil”.
Ekspert həmçinin vurğulayıb ki, eyni vəziyyət dövlət universitetləri arasında da müşahidə olunur:
“Məsələn, Bakı Ali Neft Məktəbi ilə Sumqayıt Dövlət Universitetinin təhsil haqları arasında fərqin olması təbiidir. Bakı Ali Neft Məktəbində təhsilin səviyyəsi, maddi baza və rəqabət mühiti daha yüksək olduğuna görə burada təhsil haqları da digər ali məktəblərlə müqayisədə fərqlənir.
Magistratura səviyyəsində də bənzər hallara rast gəlinir. Məsələn, MBA proqramları bir çox universitetlərdə mövcud olsa da, bəzi ali məktəblərdə bu proqramlara tələbat daha yüksək olduğuna görə təhsil haqqı da artır. Tələbatın artması və proqramın bazasının güclü olması həmin ixtisasın dəyərinin yüksəlməsinə səbəb olur.
Bundan başqa, universitetin beynəlxalq reytinqlərdə mövqeyi, tələbə axınının çoxluğu, tədris prosesinin keyfiyyəti və müəllim heyətinin səviyyəsi də təhsil haqlarına təsir edən amillər sırasındadır. Məsələn, hər hansı universitet beynəlxalq reytinq cədvəllərində yüksək yerlərdə qərarlaşır, maddi-texniki bazası güclənir və tələbə marağı artırsa, bu da illik təhsil haqlarının yüksəlməsinə gətirib çıxara bilər”.
R.Nurəliyev onu da diqqətə çatdırıb ki, təhsil haqlarına təsir edən digər mühüm faktor isə ixtisas fərqidir:
“Eyni universitet daxilində belə müxtəlif ixtisaslar üzrə ödəniş məbləği fərqli olur. Məsələn, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda illik təhsil haqqı təxminən 2000-2500 manat olduğu halda, daha çox tələb olunan ixtisaslarda bu məbləğ 4000-4500 manata qədər yüksələ bilər. Bu isə həmin ixtisaslara olan tələbat və rəqabət səviyyəsi ilə bağlıdır.
Hazırda Azərbaycanda təhsil haqları nisbətən yüksək olan ali məktəblər sırasında ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, həmçinin özəl ali məktəblərdən Xəzər Universiteti göstərilir. Bu universitetlər ölkənin ali təhsil sistemində formalaşmış nüfuza malik olduqları üçün onların təhsil haqları digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək tənzimlənir”, – deyə o qeyd edib.

Oxşarxəbərlər

İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin NƏZƏRİNƏ
CƏMİYYƏT

İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin NƏZƏRİNƏ

19/03/2026 12:01
56
Onlarda 7 manat, bizdə isə 20 qəpik – FOTO
CƏMİYYƏT

Onlarda 7 manat, bizdə isə 20 qəpik – FOTO

19/03/2026 11:52
53
İşçilərə ŞAD XƏBƏR: Baza maaşları ARTIRILDI
CƏMİYYƏT

İşçilərə ŞAD XƏBƏR: Baza maaşları ARTIRILDI

19/03/2026 11:51
54
Bakıdan rayonlara gedənlərə ŞAD XƏBƏR
CƏMİYYƏT

Bakıdan rayonlara gedənlərə ŞAD XƏBƏR

19/03/2026 11:40
55
Azərbaycanda sabahdan 11 günlük tətil BAŞLAYIR
CƏMİYYƏT

Azərbaycanda sabahdan 11 günlük tətil BAŞLAYIR

19/03/2026 11:25
59
Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi – 4 nəfər tutuldu
CƏMİYYƏT

Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi – 4 nəfər tutuldu

19/03/2026 10:22
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ququşdan İran xalqına çağırış

Ququşdan İran xalqına çağırış

19/03/2026 12:10
54
Müharibənin dayandırılması üçün İranın iki şərti

Müharibənin dayandırılması üçün İranın iki şərti

19/03/2026 12:02
54
İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin NƏZƏRİNƏ

İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin NƏZƏRİNƏ

19/03/2026 12:01
56
Onlarda 7 manat, bizdə isə 20 qəpik – FOTO

Onlarda 7 manat, bizdə isə 20 qəpik – FOTO

19/03/2026 11:52
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

16/03/2026 17:50
78

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.