“Rahat” marketlər şəbəkəsində bayram tonqalının satılması xoş qarşılanmayıb.
Gündəm24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda tonqalın qiymətinin 18.89 manat olduğu görülür.
Novruzun əsas simvollarından olan tonqalın satışa qoyulması birmənalı qarşılanmayıb. İzləyicilər odun müqəddəs olduğunu, buna görə də satılmasının düzgün olmadığını bildiriblər.














