Jurnalist İlkin Şirinov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimlərini və tarixçilərini sert tənqid edib. Jurnalist ölkənin tarixi qəhrəmanları və tanınmış şəxsiyyətləri barədə cəmiyyətdə gedən müzakirələrdə elmi ictimaiyyətin nümayiş etdirdiyi susqunluqdan və passivlikdən ciddi narazılığını bildirib.Gündəm24.az xəbər verir ki, İlkin Şirinovun sözlərinə görə, son zamanlar sosial şəbəkələrdə və mediada Azərbaycanın tarixi qəhrəmanları haqqında təhrif olunmuş məlumatlar yayılır, ideoloji hücumlar olunur və əsassız iddialar səsləndirilir.
Jurnalist qeyd edib ki, akademiya əməkdaşları yalnız qapalı kabinetlərdə elmi məqalələr yazmaqla kifayətlənir, rəqəmsal media və televiziya platformalarında milli yaddaşın qorunması üçün heç bir fəallıq göstərmirlər. Yaranan bu informasiya boşluğu isə qeyri-peşəkar şəxslərin cəmiyyətə yanlış məlumatlar ötürməsinə şərait yaradır.
İ.Şirinov AMEA alimlərini öz passivliklərindən əl çəkməyə, tarixi həqiqətləri müdafiə etmək üçün mediada daha fəal çıxışlar etməyə və cəmiyyəti düzgün istiqamətləndirməyə çağırıb.