Cümə, İyul 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bankdan kredit ala bilməyənlər üçün yeni imkan – Yeni qanun nə vəd edir?

10/07/2026 11:37
CƏMİYYƏT
41 0
Bankdan kredit ala bilməyənlər üçün yeni imkan – Yeni qanun nə vəd edir?
52
Baxış sayı

İdeyanız var, amma onu həyata keçirmək üçün nə bankdan kredit ala, nə də investor tapa bilirsiniz. Belə vəziyyətdə yüzlərlə insanın kiçik məbləğlərlə layihənizə dəstək verməsi mümkün olsaydı necə? Dünyanın bir çox ölkəsində geniş tətbiq olunan bu maliyyələşdirmə modeli – kraudfandinq artıq Azərbaycanda da hüquqi çərçivəyə salınır. Milli Məclis “Kraudfandinq haqqında” qanun layihəsini I oxunuşda qəbul edib. Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir. Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.

 

Bəs yeni qanun sahibkarlara, startaplara və investorlara hansı imkanları yaradacaq?

 

Oxu24.com mövzu ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.

 

Almaniyanın “Commerz” Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov Oxu24.com-a açıqlamasında bildirib ki, kraudfandinq mahiyyət etibarilə kütləvi maliyyələşdirmə modelidir və bunun müxtəlif növləri mövcuddur:

 

“Ən geniş yayılmış model səhm əsaslı kraudfandinqdir. Bu modeldə investorlar onlayn platformalar vasitəsilə vəsait yatırır və qarşılığında şirkətin səhmlərini və ya müəyyən payını əldə edirlər. Hazırda dünyada ən çox istifadə olunan kraudfandinq növü də məhz budur. İkinci model borc əsaslı kraudfandinqdir. Burada investor layihəyə vəsait yatırır, müəyyən müddətdən sonra isə həm yatırdığı məbləği, həm də faiz gəlirini geri alır. Üçüncü model isə mükafat əsaslı kraudfandinqdir. Bu halda maliyyə gəliri əldə edilmir, investor layihənin məhsulu, xidməti və ya digər maddi mükafatla təmin olunur. Bu model əvvəlkilərlə müqayisədə o qədər də geniş yayılmayıb və daha çox yaradıcı layihələrdə tətbiq edilir.”

 

İqtisadçı  qeyd edib ki, Avropa ölkələrində kraudfandinq əsasən startapların və innovativ biznes layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunur:

 

“Azərbaycanda da bu qanunun qəbul edilməsinin əsas məqsədlərindən biri məhz kiçik sahibkarlar və startaplar üçün alternativ maliyyələşmə imkanları yaratmaqdır. Avropada investorlar daha çox innovativ ideyalara və inkişaf potensialı yüksək olan startaplara üstünlük verirlər. Məsələn, Almaniyada biznes məktəbləri və universitetlər ətrafında formalaşan startap ekosisteminə maraq böyükdür. İnvestorlar hesab edirlər ki, bu cür layihələrin uğur qazanmaq ehtimalı daha yüksəkdir. Buna görə də innovativ bizneslərə daha çox vəsait ayrılır.”

 

M.Calalov vurğulayıb ki, kraudfandinq təkcə biznes layihələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmır:

 

“Bu model yaradıcı layihələrdə, bloqerlərin fəaliyyətində, film, musiqi və digər kreativ sahələrdə də istifadə olunur. Bundan başqa, xeyriyyə məqsədli kraudfandinq də geniş yayılıb. Məsələn, Türkiyədə baş verən güclü zəlzələdən sonra onlayn platformalar vasitəsilə böyük həcmdə vəsait toplandı. Minlərlə insan kiçik məbləğlərlə dəstək verdi və nəticədə böyük maliyyə resursu formalaşdı. Bu da göstərir ki, kraudfandinq həm biznes, həm də sosial və humanitar məqsədlər üçün effektiv maliyyələşdirmə alətidir.

Bu model həm investorlar, həm də layihə müəllifləri üçün müəyyən risklər yaradır. Buna baxmayaraq, kraudfandinq dünyanın bir çox ölkəsində uğurla tətbiq olunur və Azərbaycan üçün də əhəmiyyətli maliyyələşmə aləti ola bilər. Xüsusilə bank kreditlərinə çıxış imkanları məhdud olan şəxslər üçün bu model yeni imkanlar açır. Elə sahibkarlar var ki, kredit tarixçəsi, gecikmələri və ya girov təminatı olmadığı üçün bankdan istədikləri maliyyəni ala bilmirlər. Kraudfandinq platformalarında isə onlar öz layihələrini birbaşa investorlara təqdim edərək vəsait cəlb edə bilərlər.”

 

M.Calalovun sözlərinə görə, bu model uğurlu layihələrin inkişafına və yeni iş yerlərinin yaradılmasına da töhfə verə bilər:

 

“Startapın ideyası bazar tərəfindən müsbət qarşılanarsa və maliyyə cəlb edə bilsə, sonradan istehsalını və ya fəaliyyətini genişləndirə, yeni iş yerləri aça bilər. Rəqəmsal platformaların inkişafı da bu prosesi daha əlçatan edir. Eyni zamanda, kiçik məbləğdə vəsaiti olan insanlar da investisiya qoyaraq perspektivli layihələrin inkişafında iştirak edə bilirlər.”

 

Bununla yanaşı, müsahibimiz risk faktorunun da nəzərə alınmasının vacibliyini vurğulayıb:

 

“Hər startap uğur qazanmır. Layihənin uğursuz olması investorun vəsaitini risk altına qoya bilər. Buna görə də həm startap müəllifləri, həm də investorlar qərar qəbul edərkən riskləri düzgün qiymətləndirməlidirlər. Ümumilikdə isə kraudfandinq ölkədə investisiya imkanlarını artırır, maliyyə bazarının inkişafına və iqtisadi fəallığın güclənməsinə müsbət təsir göstərir. Ən vacib məsələ isə qanunvericiliyin düzgün işləməsi və effektiv tətbiqidir. Qanunlar həm investorların, həm də maliyyə cəlb edən sahibkarların hüquqlarını etibarlı şəkildə qorumalıdır.”

 

İqtisadçı Xalid Kərimli Oxu24.com-a açıqlamasında bildirib ki, kraudfandinq cəmiyyətin kiçik maliyyə vəsaitlərini bir layihənin maliyyələşdirilməsi üçün bir araya gətirən modeldir:

“Bu anlayışın müxtəlif formaları ilə gündəlik həyatda da rastlaşırıq. Məsələn, sosial şəbəkələrdə xəstə insanların müalicəsi üçün ianə kampaniyaları təşkil olunur və minlərlə insan kiçik məbləğlərlə dəstək verir. Yaxud hər hansı iş yoldaşının problemi yarananda kollektiv pul toplayaraq ona kömək edir. Bunlar da kraudfandinqin cəmiyyət arasında formalaşmış sadə nümunələridir. Lakin qəbul edilən qanunun məqsədi xeyriyyəçilik deyil. Burada əsas məqsəd maliyyələşmənin alternativ yolları üçün hüquqi bazanın yaradılmasıdır. Xüsusilə də startaplar və innovativ layihələr üçün bu model böyük əhəmiyyət daşıyır.”

 

İqtisadçı qeyd edib ki, Azərbaycanda kiçik sahibkarlar və startaplar ənənəvi maliyyə mənbələrinə çıxışda çətinlik çəkirlər:

 

“Yeni bizneslərin adətən girov təminatı olmur. Banklar isə risk yüksək olduğuna görə onlara kredit verməkdə maraqlı olmurlar. Digər tərəfdən, ölkədə mələk investorların sayı da çox deyil. Nəticədə, bir çox perspektivli layihə maliyyə tapa bilmədiyi üçün inkişaf edə bilmir. Dünyada bu problemi həll edən mexanizmlərdən biri də məhz kraudfandinqdir. Azərbaycanda da bu modelin tətbiqi innovativ layihələrin maliyyələşdirilməsinə yeni imkanlar yaradacaq.”

 

X.Kərimlinin sözlərinə görə, yeni qanun həm sahibkarlar, həm də vətəndaşlar üçün əlavə imkanlar açacaq:

 

“Bu mexanizm sayəsində startaplar və kiçik bizneslər alternativ maliyyə mənbəyinə çıxış əldə edəcək. Eyni zamanda, vətəndaşlar da kiçik yığımlarını investisiyaya çevirə biləcəklər. Burada söhbət ianədən getmir. İnsanlar maliyyələşdirdikləri biznesdə pay sahibi olacaq və layihə uğurlu olarsa, gəlir əldə edəcəklər.”

 

İqtisadçı hesab edir ki, qanun investorların hüquqlarının qorunmasına da xidmət edəcək:

 

“İndiyədək insanlar qeyri-rəsmi şəkildə hansısa layihəyə vəsait yatıranda hüquqi təminatlar zəif idi. Yeni qanun bu münasibətləri hüquqi çərçivəyə salacaq, investorların hüquqlarının qorunmasına və pozulduğu halda bərpasına imkan yaradacaq.”

 

X.Kərimli əlavə edib ki, kraudfandinq dünyanın bir çox inkişaf etmiş ölkəsində geniş tətbiq olunur:

 

“ABŞ bu sahədə lider ölkələrdən biridir. Burada qiymətli kağızlar bazarına nəzarət edən qurum kraudfandinq platformalarının fəaliyyətini də tənzimləyir. Avropa İttifaqında da son illərdə bu istiqamətdə vahid hüquqi çərçivə formalaşdırılıb. Beynəlxalq təcrübə göstərir ki, düzgün tənzimlənən kraudfandinq sistemi startap ekosisteminin inkişafına ciddi töhfə verir”.

 

Oxu24.com-a açıqlamasında  Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib ki, “Kraudfandinq haqqında” qanunun birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı baxımından müsbət addım hesab oluna bilər:

“Dünyanın bir çox ölkəsində kraudfandinq kiçik və orta sahibkarların, innovativ layihələrin və startapların maliyyə resurslarına çıxışını genişləndirən mühüm alətlərdən biridir. Azərbaycanda da bu istiqamətdə hüquqi bazanın formalaşdırılması yeni maliyyələşmə mexanizmlərinin yaranmasına şərait yarada bilər. Xüsusilə startaplar üçün bu model əhəmiyyətlidir. Çünki yeni fəaliyyətə başlayan şirkətlərin əksəriyyətinin banklardan kredit cəlb etmək imkanları məhdud olur. Banklar adətən girov, maliyyə tarixçəsi və sabit gəlir tələb edirlər. Halbuki innovativ ideya müəlliflərinin çoxunda bu imkanlar olmur. Kraudfandinq ideyası isə cəmiyyət tərəfindən maraqla qarşılanan sahibkarlara çoxsaylı kiçik investorların və ya dəstəkçilərin vəsaiti hesabına layihələrini reallaşdırmağa imkan verir. Bu, həm də bazarın layihəyə marağını əvvəlcədən ölçmək baxımından faydalıdır. Bununla belə, yaxın perspektivdə kraudfandinqin bank kreditlərini tam əvəz edəcəyini gözləmək doğru olmaz. Bank sektoru iri investisiya layihələrinin maliyyələşdirilməsində əsas rolunu qoruyacaq. Kraudfandinq daha çox kiçik həcmli layihələr, startaplar, yaradıcı sənayelər, sosial təşəbbüslər və texnoloji innovasiyalar üçün alternativ maliyyələşmə mənbəyi kimi çıxış edə bilər. Yəni bu iki maliyyə aləti bir-birini əvəz etməkdən daha çox tamamlayacaq”.

İqtisadçı vurğulayıb ki, qanunun uğurlu işləməsi üçün yalnız hüquqi çərçivənin yaradılması kifayət deyil:

“İlk növbədə, etibarlı və şəffaf kraudfandinq platformalarının fəaliyyət göstərməsi təmin edilməlidir. İnvestorların hüquqlarının qorunması, vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin qurulması və mümkün dələduzluq hallarının qarşısının alınması bu modelə ictimai etimadın formalaşması üçün əsas şərtlərdəndir. Bununla yanaşı, əhalinin və sahibkarların maliyyə savadlılığının artırılması da vacibdir. Bir çox insanlar kraudfandinq mexanizmi ilə tanış deyil və onun üstünlüklərini bilmir. Maarifləndirmə tədbirləri, uğurlu layihələrin təşviqi və dövlət institutlarının dəstəyi bu bazarın inkişafını sürətləndirə bilər”.

Akif Nəsirli əlavə edib ki, “Kraudfandinq haqqında” qanun Azərbaycan iqtisadiyyatında alternativ maliyyələşmə bazarının formalaşmasına təkan verə bilər:

“Əgər qanunun tətbiqi şəffaf tənzimləmə, investorların etibarlı müdafiəsi və güclü rəqəmsal platformaların yaradılması ilə müşayiət olunarsa, bu model xüsusilə startap ekosisteminin və kiçik sahibkarlığın inkişafına mühüm töhfə verə bilər. Bank kreditlərini tam əvəz etməsə də, sahibkarların maliyyə resurslarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən alternativ mexanizmlərdən birinə çevrilə bilər”.

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Oxşarxəbərlər

Sabah 38 dərəcə isti olacaq
CƏMİYYƏT

Sabah 38 dərəcə isti olacaq

10/07/2026 13:21
50
“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
CƏMİYYƏT

“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

10/07/2026 12:43
53
Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ

10/07/2026 12:20
50
Ölkəyə mal gətirənlər bu sənədi TƏQDİM ETMƏLİ OLACAQ
CƏMİYYƏT

Ölkəyə mal gətirənlər bu sənədi TƏQDİM ETMƏLİ OLACAQ

10/07/2026 12:07
51
Yas məclisləri ilə bağlı ÖNƏMLİ XƏBƏR – Bakıda da tətbiq ediləcək
CƏMİYYƏT

Yas məclisləri ilə bağlı ÖNƏMLİ XƏBƏR – Bakıda da tətbiq ediləcək

10/07/2026 12:00
51
Təhsil TV-yə yeni direktor təyin edildi – FOTO
CƏMİYYƏT

Təhsil TV-yə yeni direktor təyin edildi – FOTO

10/07/2026 11:50
50

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

10/07/2026 13:21
50
SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı

SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı

10/07/2026 12:54
56
Suriyada Makronu öldürmək istəyənlər məhv edildi – ŞOK ƏMƏLİYYAT

Suriyada Makronu öldürmək istəyənlər məhv edildi – ŞOK ƏMƏLİYYAT

10/07/2026 12:44
52
“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

10/07/2026 12:43
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
66

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
75

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.