Cümə, İyul 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Avtomobildə kilometrajı geri çəkənlərin CİNAYƏT ƏMƏLİ

17/07/2026 15:17
CƏMİYYƏT
40 1
Avtomobildə kilometrajı geri çəkənlərin CİNAYƏT ƏMƏLİ
52
Baxış sayı
İkinci əl avtomobil bazarında kilometrajın azaldılması, qəzaların gizlədilməsi və texniki nasazlıqların alıcıdan gizlədilməsi geniş yayılıb.

Nəqliyyat eksperti Adil Nəbiyev Ajans.az-a bildirib ki, bazarda ən çox rast gəlinən hallardan biri avtomobillərin kilometraj göstəricisinin süni şəkildə azaldılmasıdır.

Onun sözlərinə görə, bununla yanaşı, ağır yol-nəqliyyat hadisəsi keçirmiş avtomobillərin təmir edilərək qəzalı tarixçəsinin gizlədilməsi, hava yastıqlarının açılmasına baxmayaraq bərpa olunmadan satışa çıxarılması, mühərrik və sürətlər qutusu kimi əsas aqreqatlarda aparılmış dəyişikliklərin alıcıya bildirilməməsi də geniş yayılıb:

“Bəzi avtomobillərin taksi və ya kommersiya məqsədilə intensiv istifadə olunması, servis tarixçəsinin saxtalaşdırılması və xüsusilə xaricdən gətirilən avtomobillərdə real istismar tarixçəsinin müəyyən edilməsinin çətin olması alıcılar üçün ciddi maliyyə riskləri yaradır. Bu hallar bazarda etimadı azaldır və avtomobilin real dəyərinin düzgün qiymətləndirilməsinə mane olur.

Avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi düzgün qurularsa, bu problemlərin böyük hissəsini aradan qaldırmaq mümkün olacaq.”

A.Nəbiyevin sözlərinə görə, texniki baxışlar, rəsmi servis məlumatları, sığorta hadisələri, kilometraj göstəriciləri və mülkiyyət dəyişiklikləri vahid elektron bazada ardıcıl şəkildə qeydə alınarsa, sonradan bu məlumatların dəyişdirilməsi və ya gizlədilməsi xeyli çətinləşəcək:

“Nəticədə kilometrajın saxtalaşdırılması, ağır qəzaların gizlədilməsi, hava yastıqlarının bərpa olunmadan satılması və digər manipulyasiyalar minimuma enəcək. Bu isə həm alıcıların hüquqlarının qorunmasına, həm də ikinci əl avtomobil bazarında şəffaflığın və etimadın artmasına xidmət edəcək.”

Ekspert vurğulayıb ki, rəqəmsal pasportun effektiv işləməsi üçün sistemdə avtomobilin istehsal ili, VIN nömrəsi, mülkiyyət tarixçəsi, hər texniki baxış zamanı qeydə alınan kilometraj göstəriciləri, rəsmi servis və təmir tarixçəsi, dəyişdirilmiş əsas aqreqatlar, yol-nəqliyyat hadisələri və sığorta ödənişləri, hava yastıqlarının açılması və bərpası, təhlükəsizlik sistemlərinə müdaxilələr, geri çağırma kampaniyaları, texniki baxış nəticələri və utilizasiya statusu əks olunmalıdır.

Onun fikrincə, məlumatların yalnız dövlət qurumları deyil, akkreditə olunmuş servis mərkəzləri, sığorta şirkətləri, texniki baxış məntəqələri və rəsmi idxalçılar tərəfindən də real vaxt rejimində sistemə daxil edilməsi rəqəmsal pasportun etibarlılığını təmin edəcək.

Oxşarxəbərlər

Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? – İDDİA
CƏMİYYƏT

Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? – İDDİA

17/07/2026 16:45
50
Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ
CƏMİYYƏT

Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ

17/07/2026 16:20
51
Bakıda qeyri-adi kənd yumurtası… – Foto
CƏMİYYƏT

Bakıda qeyri-adi kənd yumurtası… – Foto

17/07/2026 16:00
51
İki övlad, saysız çətinlik və 90,5 bal –SDU məzununun uğur hekayəsi
CƏMİYYƏT

İki övlad, saysız çətinlik və 90,5 bal –SDU məzununun uğur hekayəsi

17/07/2026 15:40
50
İran–ABŞ gərginliyi manata təsir edəcək? – İqtisadçı açıqladı
CƏMİYYƏT

İran–ABŞ gərginliyi manata təsir edəcək? – İqtisadçı açıqladı

17/07/2026 14:57
53
Sumqayıtda qeyri-sabit elektrik gərginliyi TƏHLÜKƏ yaradır
CƏMİYYƏT

Sumqayıtda qeyri-sabit elektrik gərginliyi TƏHLÜKƏ yaradır

17/07/2026 14:20
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? – İDDİA

Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? – İDDİA

17/07/2026 16:45
50
Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ

Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ

17/07/2026 16:20
51
Bakıda qeyri-adi kənd yumurtası… – Foto

Bakıda qeyri-adi kənd yumurtası… – Foto

17/07/2026 16:00
51
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ

“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ

17/07/2026 15:41
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
60

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.