Çərşənbə, Aprel 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda pensiya sistemi tam dəyişə bilər

31/03/2026 22:21
CƏMİYYƏT
47 0
Azərbaycanda pensiya sistemi tam dəyişə bilər
60
Baxış sayı

Azərbaycanda pensiya sistemində köklü dəyişikliklərə hazırlıq gedir. Belə ki, Milli Məclis səviyyəsində müzakirə olunan yeni yanaşmaya əsasən, vətəndaşların pensiya kapitalından daha çevik istifadə imkanları yaradıla bilər. Deputat Vüqar Bayramov bildirib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanır və bu, gələcəkdə insanların topladığı vəsaiti yalnız pensiya kimi deyil, həm də həyatlarının müxtəlif mərhələlərində istifadə etməsinə şərait yarada bilər. Yeni modelə görə, müəyyən yaş həddinə çatdıqdan sonra vətəndaşlar yığımlarının bir hissəsini götürərək ev almaq, biznes qurmaq və ya digər məqsədlər üçün istifadə edə biləcək, qalan hissə isə Dövlət Sosial Müdafiə Fondu vasitəsilə aylıq ödəniş şəklində veriləcək.

 

Gündəm24.az  xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bu məsələ uzun müddətdir Azərbaycanda müzakirə olunur:

 

“Lakin indiki şərtlər daxilində etiraf etmək lazımdır ki, ölkədə özəl pensiya fondlarının fəaliyyət göstərməsi üçün yetərli mühit mövcud deyil. İlk növbədə bazarın kiçik olması bu sahənin inkişafını məhdudlaşdırır. Özəl pensiya fondlarının uğurlu fəaliyyəti üçün geniş bazara ehtiyac var ki, müəyyən həcmdə kapital toplanıb effektiv şəkildə idarə olunsun və həmin kapital hesabına əlavə gəlir formalaşdırılsın. Digər mühüm məsələ əhalinin davranışları ilə bağlıdır. Uzunmüddətli perspektivdə insanların özəl pensiya fondlarına ciddi etimad göstərməsi çətin görünür. Halbuki ölkədə artıq 30 ilə yaxındır bank sektoru fəaliyyət göstərir, özünü təsdiq etmiş banklar var, ciddi nəzarət mexanizmləri və dövlət sığorta sistemi mövcuddur. Buna baxmayaraq, əmanətlərin böyük hissəsi, bəzi hallarda 80 faizdən çoxu qısamüddətli, əsasən bir illik müddətə yerləşdirilir. Halbuki pensiya planlaması, xüsusilə özəl pensiya fondları vasitəsilə kapital yığımı uzunmüddətli yanaşma tələb edir. Bu isə bəzən 25-30 il, hətta 40 il kimi uzun dövrləri əhatə edir. Belə bir müddətdə insanların öz vəsaitlərini özəl qurumlara etibar etməsi hazırkı şəraitdə real görünmür”.

O qeyd edib ki, müzakirə olunan həll yollarından biri 100 faiz dövlət zəmanətinin verilməsidir:

“Lakin bunun tətbiq olunub-olunmayacağı hələ dəqiq deyil. Hətta belə bir zəmanət verilsə belə, bu, əlavə suallar doğurur. Çünki insanlar məcburi dövlət sosial sığorta haqlarını belə ödəməkdə çətinlik çəkirlər. Hazırda Azərbaycanda pensiya sistemində fərdi hesab iki hissədən ibarətdir, məcburi yığım hissəsi və könüllü yığım hissəsi. 2017-ci ildən bəri könüllü yığım hissəsinə demək olar ki, heç bir ödəniş həyata keçirilməyib. Bu isə onu göstərir ki, əhali uzunmüddətli yığım mədəniyyətinə yetərincə meyilli deyil. Əhalinin əhəmiyyətli bir hissəsi gündəlik qazancını gündəlik xərclərə yönəldir. Xüsusilə son illərdə artan inflyasiya fonunda borc yükünün artması da bunu təsdiqləyir. Belə şəraitdə özəl pensiya fondlarının uğurlu fəaliyyəti ehtimalı aşağı qiymətləndirilir. Gələcəkdə bu fondlarda toplanan vəsaitlərin istifadəsi məsələsinə gəldikdə isə, bu daha liberal şərtlərlə mümkün ola bilər. Burada əsas suallardan biri də odur ki, özəl pensiya fondlarına ödəniş edən şəxslər üçün məcburi sosial sığorta haqlarında güzəştlər olacaq?

Əgər seçim imkanı verilərsə, bu, sistemdə yeni yanaşmaların formalaşmasına səbəb ola bilər. Əgər belə bir seçim olmazsa və ödənişlər paralel şəkildə davam edərsə, bu zaman fərqli bir vəziyyət yaranacaq. Toplanan vəsait vətəndaşa məxsusdur və əvvəlcədən razılaşdırılmış müqavilə şərtlərinə uyğun olaraq istifadə edilə bilər. Bu, birdəfəlik ödəniş və ya aylıq ödəniş formasında həyata keçirilə bilər. Bu məsələlərin hüquqi əsaslarının da qanunvericilikdə dəqiq şəkildə tənzimlənməsi vacibdir ki, sistem vətəndaşlar üçün cəlbedici olsun. Bununla belə, mövcud şəraitdə Azərbaycanda özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərəcəyi ehtimalı aşağıdır və ilkin mərhələdə müəyyən risklərin yaranacağı gözlənilir. Hətta inkişaf etmiş ölkələrin təcrübəsi də bunu təsdiqləyir. Məsələn, 2008-ci il qlobal maliyyə böhranı zamanı bir çox özəl pensiya fondları öhdəliklərini yerinə yetirə bilmədi və iflas etdi. Bir çox hallarda hökumətlər də bu qurumlara dəstək vermədi və nəticədə bu fondların reputasiyası ciddi zərər gördü”.

Oxşarxəbərlər

İcra hakimiyyəti toyuqla adama fərq qoymur – Zirədə üfunət qalmaqalı
CƏMİYYƏT

İcra hakimiyyəti toyuqla adama fərq qoymur – Zirədə üfunət qalmaqalı

15/04/2026 16:40
52
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
CƏMİYYƏT

Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR

15/04/2026 14:40
54
Bu gün Bakıya dolu yağacaq? – AÇIQLAMA
CƏMİYYƏT

Bu gün Bakıya dolu yağacaq? – AÇIQLAMA

15/04/2026 14:25
54
Sabah hava NECƏ OLACAQ?
CƏMİYYƏT

Sabah hava NECƏ OLACAQ?

15/04/2026 14:20
56
“Tamstore”dan yayılan görüntülərlə bağlı AÇIQLAMA – “Araşdırılır…”
CƏMİYYƏT

“Tamstore”dan yayılan görüntülərlə bağlı AÇIQLAMA – “Araşdırılır…”

15/04/2026 13:22
56
ATV kanalı çətin durumda: İxtisarlar və maaş problemi BAŞLADI
CƏMİYYƏT

ATV kanalı çətin durumda: İxtisarlar və maaş problemi BAŞLADI

15/04/2026 12:59
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bona Dea-da daha bir məhkəmə qalmaqalı – Neyrocərrah xəstə ailəsini və KİV-i məhkəməyə verdi

Bona Dea-da daha bir məhkəmə qalmaqalı – Neyrocərrah xəstə ailəsini və KİV-i məhkəməyə verdi

15/04/2026 17:08
53
Vaşinqtonun növbəti hədəfi: Çin-ABŞ müharibəsi qapıda

Vaşinqtonun növbəti hədəfi: Çin-ABŞ müharibəsi qapıda

15/04/2026 17:07
54
Prezident qanun imzaladı

Prezident qanun imzaladı

15/04/2026 16:53
51
Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi

15/04/2026 16:52
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
71

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
69

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
136

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.