Azərbaycanda əlilliyi olan vətəndaşlara bir sıra dövlət dəstəyi proqramı mövcuddur.
Onlardan biri də birdəfəlik maddi yardımın verilməsi ilə bağlıdır.
Birdəfəlik maddi yardım nədir və kimlərə verilir?
Oxu24.com bildirir ki,əlilliyi olan hər bir şəxs birdəfəlik maddi yardımın təyin edilməsi üçün müraciət edə bilər.
Birdəfəlik maddi yardım üçün hansı sənədlər tələb olunur?
Ərizə,
şəxsiyyət vəsiqəsi,
əlilliyi təsdiq edən TSEK sənədi,
yaşayış yerindən arayış.
Birdəfəlik maddi yardımın məbləği nə qədərdir?
Yardımın konkret məbləği yoxdur, komissiya müraciətə baxıb, qərar verir.














