Bazar ertəsi, Mart 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakının kriminal dünyasının LİDER QADINI

16/03/2026 19:25
CƏMİYYƏT
38 2
Bakının kriminal dünyasının LİDER QADINI
50
Baxış sayı

“Tanınmış rus şairi Sergey Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra bir neçə dəfə də şairin bu şəhərə yolu düşüb.

Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair 2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb. Burda yaşadığı müddətdə Bakı xatirələrini qeydə alıb. Onun yazısında Bakının kriminal dünyasına da xüsusi yer ayırılıb”.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri tarixçi alim, dosent Zaur Əliyev sosial şəbəkə hesabında yazıb. Alim Yesenininn qeydlərində adı keçən kriminal aləmin liderlərindən biri Şahnaz bibi haqqında araşdırma aparıb.
O qeyd edib ki, 40 yaşlı bu qadın o dövrün kişi mərkəzli kriminal aləmində inanılmaz bir nüfuz qazanıb:
“Onun həyat yoldaşı həmin dövrün məhşur kriminal şəxslərindən biri Kərim idi. Rus ordusunun əks-kəşfiyyat polkovnikinin pulunu aldadaraq əldə etməsindən sonra 1890-cı ildə onu Xəzər dənizində əlləri bağlanmış, boynuna nəhəng bir daş qoyulmuş halda batırıblar.
Ərinin ölümündən sonra kriminal dəstəyə Şahnaz bibi başçılıq etməyə başlayır. Qeydlərə görə Şahnaz bibi gödəkçəsinin altında ucu kəsilən ov tüfəngi gəzdirirdi. Arxiv qeydlərində onun zahiri görkəmi haqqında da maraqlı qeydlər var. O, adətən qara libasda gəzər, başına bahalı ipək kəlağayı bağlayardı. Barmaqlarında isə iri, qiymətli üzüklər olardı.
Məhərrəmlik ayında insanların dini ibadətinə mane olmaq istəyən, “Skripkaçı” ləqəbli rus kriminal aləmin üzvü Miroslavı məscidin qarşısında yaralamışdı. Miroslav iki metrdən çox boyu olan, 33 yaşlı hündürboylu bir şəxs idi. Ona xəbərdarlıq edilmiş idi ki, bu ayda oğurluq etməsin, buna əməl qoymadığı üçün cəzasını alır.
O, Bakının ən təhlükəli məhəllələrində, xüsusilə “Çəmbərəkənd” və “Qara şəhər” ətrafında qumarxanalar, gizli sığınacaqlar və oğurluq malların satıldığı anbarlara sahib olub. O vaxtlar buralar dar küçələri, labirintə bənzəyən həyətləri ilə hüquq mühafizə orqan işçiləri üçün əsl kabus idi. Bir cinayətkar o məhəllələrə girdisə, onu tapmaq qeyri-mümkün idi.
Sona və Gülpəri kimi tanınan kriminal aləmin xanımları Şahnaz bibinin dəstəsində idi. Qadınlardan ibarət “cibgirlər” dəstəsi toylarda və bazarlarda qadınların zinət əşyalarını oğurlayır və qaçaqmalçılıq ilə məşğul olurdular.
Həmin illərdə Bakıda yaşayan erməni alverçisi Slavik adlı tacir var idi. Bir gün o Şahnaz bibinin əmrinə tabe olmur, onun üzərinə təkbaşına gedərək xəncərlə çiyninə ağır zərbə endirir. Erməni tacir bu əməli törədəndən sonra qaçır, bir daha Bakıya qayıtmır. Bu hadisədən sonra şəhərdə ermənilər deyirdilər:
“Biz Şahnaz bibidən azərbaycanlı kişilərdən daha çox qorxuruq”.
Şahnaz bibi şəhərin elitası ilə sıx əlaqədə idi. O dövrün bəzi varlı neft sahibləri öz rəqiblərini qorxutmaq və ya onlardan nəsə tələb etmək üçün rəsmi yollara deyil, Şahnazın xidmətlərinə müraciət edirdilər. O, bir növ vasitəçi rolunu oynayırdı: kiminsə mülkü oğurlanırdısa, polisdən əvvəl Şahnaza xəbər göndərilirdi ki, “haqqını verək, malı geri qaytar”.
Əgər iki oğru dəstəsi arasında ərazi və ya qənimət üstündə dava düşürdüsə, Şahnazın yanına gedirdilər. Onun verdiyi qərar qəti idi və buna etiraz edənin cəzası çox ağır olurdu.
Deyilənə görə, bir dəfə çox məşhur bir neft maqnatının evindən nadir bir mücrü oğurlanır.
Polis həftələrlə axtarış aparsa da, heç nə tapmır. Maqnat məcbur qalıb Şahnaz bibiyə xəbər yollayır. Cəmi iki gün sonra mücrü maqnatın qapısının ağzına qoyulur, içindəki qızıllar yerində olur.
Şahnaz bibi tez-tez Bakının dağlıq hissəsində yerləşən Çəmbərəkənd qəbiristanlığındakı qohumlarının məzarını ziyarət edərdi. 1908-ci il sentyabrın 3-də, qəbiristanlıq ziyarətindən dərhal sonra, Şahnaz öz evində vəfat edir”.

Oxşarxəbərlər

Məktəblərdə 11 gün dərs olmayacaq
CƏMİYYƏT

Məktəblərdə 11 gün dərs olmayacaq

16/03/2026 20:15
54
Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz
CƏMİYYƏT

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

16/03/2026 19:57
55
ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var
CƏMİYYƏT

ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var

16/03/2026 19:32
53
Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)
CƏMİYYƏT

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

16/03/2026 17:50
65
Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
CƏMİYYƏT

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

16/03/2026 15:50
55
Azərbaycan yumurta ixracını dayandırıb
CƏMİYYƏT

Azərbaycan yumurta ixracını dayandırıb

16/03/2026 15:48
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

16/03/2026 20:55
55
Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

16/03/2026 20:34
54
Məktəblərdə 11 gün dərs olmayacaq

Məktəblərdə 11 gün dərs olmayacaq

16/03/2026 20:15
54
Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

16/03/2026 20:01
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.