Nazirlər Kabineti “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nı təsdiq edib.
Gündəm24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması zamanı Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Binalar üçün minimum enerji effektivliyi Normaları” ilə müəyyən edilmiş binaların enerji effektivliyi sinifləri və binalarda enerji sərfinin hesablanması metodologiyası nəzərə alınacaq.













