Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“BƏNİZ”LƏ BAĞLI YENİLİK – Keçmiş ərinin ölümündən sonra nə olacaq?

13/08/2026 13:43
CƏMİYYƏT
43 1
“BƏNİZ”LƏ BAĞLI YENİLİK – Keçmiş ərinin ölümündən sonra nə olacaq?
56
Baxış sayı

Son dövrlərdə sosial şəbəkələrdə məşhurlaşan və müxtəlif qalmaqallarla gündəmə gələn tiktokerlərin hüquqi müstəvidə aqibəti cəmiyyətin hər zaman diqqət mərkəzində olub.

Xatırladaq ki, əvvəlki illərdə də bir sıra tanınmış blogerlər və tiktokerlər – o cümlədən “Arzum” ləqəbli İlduzə Hacıyeva və “Nikosayağı” kimi tanınan Nicat Şakirli müxtəlif ağır yol-nəqliyyat hadisələri və ya hüquqazidd əməllərə görə məsuliyyətə cəlb olunmuşdular. Məsələn, “Arzum 9999” ləqəbi ilə tanınan İlduzə Hacıyeva törətdiyi ölümlə nəticələnən qəzaya görə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi, “Niko” ləqəbli Nicat Şakirli ise törətdiyi ağır qəza səbəbindən 5 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdi. Lakin onların işində cəzanın təyinatı zamanı müəyyən fərqli məqamlar və prosessual addımlar atılmışdı.

Bu fonunda, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovaya 10 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi geniş səs-küy doğurdu. Qeyd edək ki, o, hədə-qorxu ilə külli miqdarda pul tələb etmədə (Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri) təqsirli bilinib. Lakin işin gedişatını daha da diqqətçəkən edən məqam odur ki, hökmdən bir neçə gün sonra Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı, Türkiyədə bizneslə məşğul olan azərbaycanlı iş adamı Rövşən Zeynalov İstanbuldakı mənzilində ölü halda tapılıb.

Cütlüyün bu evlilikdən Mətin adlı azyaşlı övladının olması isə ictimaiyyətdə haqlı olaraq sual doğurur: Arzum, Niko və digər şəxslərə tətbiq edilən hüquqi mexanizmlər və ya yumşaldıcı hallar Bənizə də şamil oluna bilərmi, eləcə də keçmiş ərinin qəfil ölümü bu prosesə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəmələrə müəyyən kateqoriyadan olan şəxslərin cəzasını yumşaltmaq və ya çəkilməmiş cəza hissəsini daha yüngül növ ilə əvəz etmək səlahiyyəti tanınıb: “Lakin burada ən vacib nüans irəli sürülən ittihamın ağırlıq dərəcəsidir. “Arzum” və “Niko”nun işində əməllər ehtiyatsızlıqdan törədilən cinayətlərə (yol hərəkəti qaydalarının pozulması) aid olduğundan, həmçinin bəzi hallarda zərərçəkən tərəflə münasibətlər nəzərə alınaraq müəyyən qərarlar verilib. Lakin Aybəniz Xəlilovaya qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) birbaşa qəsdlə törədilən ağır cinayətlər kateqoriyasına daxildir və burada qanunvericiliklə tətbiq olunan cəza hədləri olduqca sərtdir”.

Hüquqşünas qeyd edib ki, hər hansı şəxsin himayəsində azyaşlı övladının olması məhkəmə tərəfindən yumşaldıcı hal kimi qiymətləndirilə bilər, lakin bu, ağır cinayətlər törədildikdə avtomatik olaraq cəzanın yüngülləşdirilməsi demək deyil: “Apellyasiya və ya kassasiya instansiyalarında işə yenidən baxılarkən müdafiə tərəfi ailə vəziyyətini, o cümlədən uşağın tək qalmasını və digər sosial faktorları əsas gətirərək vəsatətlər qaldıra bilər. Xüsusilə nəzərə alsaq ki, uşağın atası Türkiyədə vəfat edib və artıq azyaşlı hər iki valideyn qayğısından məhrum vəziyyətdə qalıb, bu acınacaqlı sosial vəziyyət məhkəmənin diqqətindən kənarda qala bilməz. Ancaq bu məsələ birinci instansiya məhkəməsinin hökmündən sonra yuxarı instansiya məhkəmələrində – apellyasiya şikayəti əsasında hüquqi müstəvidə müzakirə oluna bilər. Əgər müdafiə tərəfi qanunun verdiyi imkanlardan istifadə edərək müvafiq addımlar atarsa, gələcəkdə cəzanın yüngülləşdirilməsi məsələsinə qanunvericiliyin tələbləri çərçivəsində baxılması nəzəri baxımdan istisna edilmir”.

Oxşarxəbərlər

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?
CƏMİYYƏT

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
51
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə
CƏMİYYƏT

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
51
DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!
CƏMİYYƏT

DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!

14/08/2026 08:28
61
Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?
CƏMİYYƏT

Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?

14/08/2026 08:17
61
Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!
CƏMİYYƏT

Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!

14/08/2026 08:06
59
Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ

13/08/2026 21:50
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

14/08/2026 09:34
51
620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
51
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
51
Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

14/08/2026 08:56
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
83

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.