Sürücülük vəsiqəsi olmayan şəxsə maşın verməyin cəzası nədir?
Sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsi qanunvericiliklə qadağandır.
Oxu24.com xəbər verir ki,mütəxəssislərin sözlərinə görə, belə hallarda təkcə avtomobili idarə edən şəxs deyil, avtomobili ona verən şəxs də məsuliyyət daşıyır.
Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verməyə görə cərimə tətbiq olunur.
Qanuna görə:
Fiziki şəxslər 60 manat,
Vəzifəli şəxslər 200 manat,
Hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə olunur.
Bu səbəbdən sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsi və ya ona avtomobil verilməsi inzibati məsuliyyət yaradır. Mütəxəssislər vətəndaşlara belə hallardan çəkinməyi tövsiyə edirlər.













