Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu mobil operator fəaliyyətini dayandırdı

19/12/2025 22:35
CƏMİYYƏT
52 0
Bu mobil operator fəaliyyətini dayandırdı
66
Baxış sayı

19 dekabr 2025-ci il tarixində “Naxtel” MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara köçürülməsi uğurla başa çatdırılıb.

Gündəm24.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Vurğulanıb ki, bu genişmiqyaslı layihə Azərbaycan telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.

Layihə çərçivəsində İKTA, “Naxtel”, yeni abunəçiləri qəbul edən mobil operatorlar “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərarvermə mexanizmi təmin olunub.

105 mindən çox “Naxtel” abunəçisinin digər mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan “060” prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib.

Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən “Naxtel” abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bu paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması təmin olunub.

Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki proseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərin operativ həlli üçün İKTA tərəfindən iştirakçılar arasında davamlı kommunikasiya təmin olunub.

Qeyd olunub ki, bütün proses boyu abunəçi hüquqlarının qorunması prioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktiv ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isə bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan olub.

Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin mövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərlə uğurla icra edilə biləcəyini nümayiş etdirir.

Oxşarxəbərlər

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO
CƏMİYYƏT

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

18/06/2026 14:13
50
Tanınmış vəkil qızı ilə bağlı ittihamlara cavab verdi: “Nə çəkibsə, əcəb eləyib”
CƏMİYYƏT

Tanınmış vəkil qızı ilə bağlı ittihamlara cavab verdi: “Nə çəkibsə, əcəb eləyib”

18/06/2026 13:45
50
Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”
CƏMİYYƏT

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

18/06/2026 13:01
52
Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi
CƏMİYYƏT

Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

18/06/2026 12:53
51
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz
CƏMİYYƏT

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

18/06/2026 12:38
51
Rəna Məmmədova yükək VƏZİFƏYƏ təyin olundu
CƏMİYYƏT

Rəna Məmmədova yükək VƏZİFƏYƏ təyin olundu

18/06/2026 12:19
51

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

18/06/2026 14:13
50
Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

18/06/2026 13:01
52
Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

18/06/2026 12:53
51
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

18/06/2026 12:38
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
66

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
53

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In