Cümə, İyun 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq – RƏSMİ

19/06/2026 11:40
CƏMİYYƏT
39 3
Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq – RƏSMİ
53
Baxış sayı

Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Gündəm24.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək.

Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsində “gömrük brokeri” anlayışının “dolayı gömrük təmsilçisi” ilə əvəz olunması, bu fəaliyyət üçün lisenziya tələbinin ləğvi və müvafiq reyestr sisteminin yaradılması da əksini tapıb. Eyni zamanda, birbaşa gömrük təmsilçiliyinin tətbiqi genişləndirilir. Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılır, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulur

Dəyişikliklər həmçinin “Səlahiyyətli İqtisadi Operator” institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və “Yaşıl Dəhliz” sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir. Layihədə elektron ticarətin inkişafı nəzərə alınaraq sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi qaydaları da ayrıca tənzimlənir. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların müvəqqəti saxlanması ilə bağlı yeni normalar müəyyənləşdirilir.

Qanunun qəbulunun idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların sürətlənməsinə, risklərin avtomatlaşdırılmış idarə edilməsinin təkmilləşdirilməsinə və xarici ticarətin daha da asanlaşdırılmasına xidmət edəcəyi bildirilir. Bundan əlavə, dəyişikliklərin gömrük nəzarəti və rəsmiləşdirilməsində şəffaflığın artırılmasına, vaxt itkisinin azaldılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.//Sfera.az

Oxşarxəbərlər

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar-VIDEO(FOTOLAR)
CƏMİYYƏT

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar-VIDEO(FOTOLAR)

19/06/2026 12:47
50
Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb
CƏMİYYƏT

Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

19/06/2026 11:30
52
Neft və daşınma xərcləri azalır, amma çörək niyə ucuzlaşmır? – VACİB SƏBƏBLƏR
CƏMİYYƏT

Neft və daşınma xərcləri azalır, amma çörək niyə ucuzlaşmır? – VACİB SƏBƏBLƏR

19/06/2026 11:06
55
Nazirlik 12 nəfərin ölümü ilə bağlı MƏLUMAT yaydı
CƏMİYYƏT

Nazirlik 12 nəfərin ölümü ilə bağlı MƏLUMAT yaydı

19/06/2026 11:05
55
Hərbçilərin əməkhaqqlarında artım olacaq
CƏMİYYƏT

Hərbçilərin əməkhaqqlarında artım olacaq

19/06/2026 09:44
56
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ…
CƏMİYYƏT

Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ…

19/06/2026 09:27
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar-VIDEO(FOTOLAR)

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar-VIDEO(FOTOLAR)

19/06/2026 12:47
50
Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq – RƏSMİ

Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq – RƏSMİ

19/06/2026 11:40
53
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ

Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ

19/06/2026 11:35
51
Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

19/06/2026 11:30
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
62

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
55

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
68

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In