Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu yay meyvə niyə bahadır – Qiymətlər nə vaxt enəcək?

04/07/2026 13:00
CƏMİYYƏT
786 50
Bu yay meyvə niyə bahadır – Qiymətlər nə vaxt enəcək?
692
Paylaşım sayı
961
Baxış sayı

Bu il bazarlarda mövsüm meyvələrinin qiyməti yüksəkdir. Ekspertlər bahalaşmanı məhsul itkisi, əlverişsiz hava şəraiti və ixracın artması ilə izah edirlər.

Yay gəldi, amma gözlənilən ucuzluq gəlmədi. Əksinə, bu il bazarlarda mövsüm meyvələrinin qiyməti alıcıları sözün əsl mənasında təəccübləndirir. Rəfləri bəzəyən gilasın kiloqramı 18, alçanın 12, moruğun isə 18 manata qədər yüksəlib. Ənənəvi qış hazırlıqlarına, xüsusən də mürəbbə qaynatmağa başlayan ailələr bu il xərclərini yenidən hesablamaq məcburiyyətində qalıblar. Halbuki, hər kəs yerli məhsulun bazara kütləvi daxil olması ilə qiymətlərin enəcəyinə ümid edirdi. Bəs, görəsən, bolluq mövsümündə bu bahalaşmanın kökündə nə dayanır.

“Böyük alça bağları da gözlənilən nəticəni vermədi”

Aqrar-ekspert Eldar Hüseynovun sözlərinə görə, mövsümi meyvələrin qiymət artımının əsas səbəblərindən biri hava şəraitinin yağıntılı keçməsidir: “Builki qədər aramsız yağıntı uzun müddətdir müşahidə olunmurdu. Kəskin yağıntılar bitkilərdə xəstəlikləri artırdı. Hər gün yağan yağış, leysan və dolu səbəbindən əkinçilər və fermerlər xəstəliklərlə mübarizə apara bilmədilər. Nəticədə, əvvəlki illərlə müqayisədə bu il məhsuldarlıq təxminən 80 faiz azaldı. Azərbaycanı alça ilə əsasən Göyçay, Ucar və Zərdab rayonları təmin edirdi. İndi Yevlaxda da böyük bir plantasiya salınıb. Mövsümün sonunda isə bazara Quba alçası daxil olurdu. Lakin bu il Göyçayda yaxşı alça olmadı. Saatlıda yerləşən böyük alça bağları da gözlənilən nəticəni vermədi. Bu səbəblərdən alça kəskin şəkildə bahalaşdı. Artıq alça mövsümü demək olar ki, bitib. Amma ucuzlaşma yalnız çox dəymiş, növü bilinməyən, ağarmış və ya emala gedən alçalarda müşahidə edilir. Keyfiyyətli alçanın ucuzlaşması gözlənilmir”.

E.Hüseynov bildirdi ki, bu il tozlanma dövründə yağıntının çox olması səbəbindən gilas ağacları məhsul tuta bilmədi. Eyni zamanda, Azərbaycandan Rusiya bazarına kütləvi şəkildə gilas ixrac edildiyi üçün daxili bazara əsasən ikinci və üçüncü növ gilaslar qalırdı. Birinci növ gilas isə daxili bazara çıxarılanda həddindən artıq baha olurdu: “Lakin son günlərdə Moldovadan Moskvaya və Rusiyanın digər şəhərlərinə kütləvi şəkildə gilasın daxil olması orada qiymətləri kəskin şəkildə aşağı salıb. Bu səbəbdən daxili bazarda da gilasın qiymətində qismən ucuzlaşma müşahidə olunur. Yaxın vaxtlarda Xerson gilası da bazara daxil olacaq. Xerson gilası gəldikdən sonra qiymətlər tədricən düşəcək. Hazırda isə ölkədə gilas ümidi yalnız Şəmkir, Tovuz, Qazax və Ağstafa zonasına qalıb. Ağ gilasın isə bir-iki həftəyə kəskin bahalaşması ehtimal olunur. Çünki bu il Quba və Qusarda ağ gilas demək olar ki, yoxdur. Aramsız yağışlar şimal bölgəsinin kənd təsərrüfatına dəhşətli dərəcədə ziyan vurub. Hazırda bazarda “Quba gilası” adı altında satılan ağ gilasların əksəriyyəti məhz qərb bölgəsindən gətirilir”.

“Gilas, çiyələk, şaftalı və nektarinin qiymətində ucuzlaşma gözlənilir”

Ekspertin fikrincə, çiyələk ilk çıxanda Rusiyaya böyük həcmdə ixrac edilirdi. Bu, əsasən istixanalarda yetişdirilən çiyələklər idi. Daha sonra açıq sahə çiyələyinin bazara daxil olması, eyni zamanda Rusiyanın öz yerli məhsulunun bazara çıxması orada qiymətləri saldı və bu, avtomatik olaraq bizdə də çiyələyin ucuzlaşmasına səbəb oldu: “Əriyə gəldikdə, bu il Ermənistanda və Türkiyədə məhsul bol olsa da, Azərbaycan və İranda dəhşətli səviyyədə qıtlıqdır. Tərtər və Goranboy rayonlarında ərik məhsuldarlığı ötən illə müqayisədə 60 faiz azdır. Yığılan məhsulun yalnız keyfiyyətli olanları soyuducu anbarlara yığılır, zəifləri isə daxili satışa çıxarılır. Bununla belə, Naxçıvan əriyinin bazara daxil olması daxili tələbatı müəyyən qədər tənzimləyir”.

E.Hüseynovun sözlərinə görə, ölkəmizin meyvə-tərəvəz sektorunun ən böyük alıcısı Rusiyadır. Orada qiymətlər yüksək olanda, daxili bazarda da avtomatik olaraq yüksəlir: “Son günlərdə Moskva bazarlarında baş verən xoşagəlməz hadisələrdən sonra məhsullara tələbat və alıcılıq qabiliyyəti azalıb. Tacirlər mal göndərməyə qorxurlar. Bütün bunlar daxili bazarda bəzi məhsulların kəskin ucuzlaşmasına gətirib çıxarır. Növbəti həftələrdə gilas, çiyələk, şaftalı (o cümlədən yastı şaftalı) və nektarinin qiymətində ucuzlaşma olacaq. Albalının da qiyməti kəskin ucuzlaşacaq. Çünki hazırda İrandan Azərbaycana 12 yük maşını albalı gəlir. Məsələn, hazırda daxili bazarda birinci növ yerli albalının pərakəndə satış qiyməti 12-13 manatdırsa, İrandan gələn məhsulun maya dəyəri 4 manatdır. Paylanma qiyməti 5 manat olan məhsul bazarda 7-8 manata satılacaq”.

“Məhsuldarlıq aşağı düşdükdə qiymət yüksəlir”

İqtisadçı Xalid Kərimli isə düşünür ki, intensiv yağışlar əkinçilik sahəsinə müsbət təsir göstərsə də, eyni sözləri bağçılığa aid etmək mümkün deyil. Yağıntıların ağacların çiçəkləmə və tozlanma kimi erkən inkişaf mərhələlərinə təsadüf etməsi ciddi fəsadlar yaradır: “Hava şəraitinin bu cür keçməsi fermerlərin aqrotexniki qulluq, xüsusən də dərmanlama xərclərini kəskin artırır. Çünki ağaclara çilənən preparatların yağış suları ilə yuyulması yenidən dərmanlama zərurəti yaradır”.

X.Kərimli bildirdi ki, yağıntıların digər mənfi təsiri isə məhsulun əmtəə görünüşü ilə bağlıdır. İntensiv yağışlar gilas və alça kimi erkən yetişən meyvələrdə çatlamaya və keyfiyyət itkisinə səbəb olaraq fermerin ziyanını daha da artırır: “Bütün bunlara rəğmən, qeyd olunan proseslərin ölkədə kəskin meyvə-tərəvəz qıtlığına səbəb olacağını demək doğru deyil. Ölkə ərazisinin fərqli iqlim qurşaqlarında yerləşməsi səbəbindən yağıntıların düşmə dövrü və intensivliyi regionlar üzrə dəyişir. Buna görə də qlobal qıtlıqdan deyil, sadəcə müəyyən meyvə növlərində məhsuldarlığın aşağı düşməsi fonunda bazarda təklifin azalmasından danışmaq olar. Xüsusilə erkən yetişən alça, gilas, ərik, bəzi şaftalı növləri, eləcə də alma və armud kimi məhsullarda təklif azlığı müşahidə edilə bilər ki, bu da qiymətlərin bazarda nisbətən baha formalaşması ilə nəticələnib”.//Kaspi.az

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
976
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.