Cümə, İyun 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Buğdanın qiyməti artır: Azərbaycanda çörək bahalaşacaq?

03/04/2026 15:00
CƏMİYYƏT
46 2
Buğdanın qiyməti artır: Azərbaycanda çörək bahalaşacaq?
61
Baxış sayı

Son dövrlərdə qlobal və regional səviyyədə baş verən iqtisadi və siyasi proseslər ərzaq bazarlarına, xüsusilə də çörəyin qiymətinə təsir imkanlarını artırıb.

Bəs mövcud şəraitdə bu təsirlər Azərbaycanda çörəyin qiymətində real dəyişikliklərə səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, çörək strateji əhəmiyyətli məhsul olduğundan onun qiyməti yalnız daxili amillərlə deyil, eyni zamanda beynəlxalq bazarlardakı dəyişikliklərlə də sıx bağlıdır.

Bu avtomobilləri almaq istəyənlər OXUSUN | KONKRET

“Dünya bazarında buğdanın qiymətində baş verən dalğalanmalar əsas təsir faktorlarından biridir. İqlim dəyişiklikləri, quraqlıq, məhsuldarlığın azalması, eləcə də böyük ixracatçı ölkələrdə tətbiq olunan məhdudiyyətlər buğda təklifini azalda və nəticədə qiymətləri artıra bilər. Bu isə idxaldan asılı olan ölkələrdə un və çörək məhsullarının maya dəyərinə birbaşa təsir edir”.

Ekspert əlavə edib ki, enerji qiymətlərindəki artım da mühüm rol oynayır.

“Yanacaq və elektrik enerjisinin bahalaşması istehsal, daşınma və logistika xərclərini artırır. Nəticədə bu artım son məhsul kimi çörəyin qiymətində də öz əksini tapır.

Bununla yanaşı, milli valyutanın məzənnəsində baş verən dəyişikliklər də idxal olunan buğda və unun qiymətinə təsir göstərir. Əgər yerli valyuta zəifləyərsə, idxal xərcləri artır və bu da daxili bazarda qiymət təzyiqi yaradır”.

Siyasi risklərə toxunan iqtisadçı qeyd edib ki, regionda baş verən gərginliklər, nəqliyyat marşrutlarında yaranan problemlər və ya ticarət məhdudiyyətləri ərzaq təchizat zəncirini poza bilər.

“Bu isə bazarda qeyri-müəyyənliyi artıraraq qiymət artımına səbəb olacaq.

Azərbaycanda çörəyin qiyməti tam sərbəst şəkildə formalaşmır. Dövlət müəyyən hallarda sosial həssas məhsul kimi bu sahəyə nəzarət edir və müxtəlif tənzimləyici mexanizmlər vasitəsilə kəskin bahalaşmanın qarşısını almağa çalışır.

Nəticə etibarilə, mövcud iqtisadi və siyasi şərait çörəyin qiymətinə təsir potensialına malikdir. Lakin bu təsirin real qiymətlərə nə dərəcədə ötürülməsi həm qlobal bazarların dinamikasından, həm də ölkə daxilində tətbiq olunan iqtisadi siyasətdən asılı olaraq formalaşır”.

Oxşarxəbərlər

Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB
CƏMİYYƏT

Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

18/06/2026 22:35
53
Oğluma dəstək olmaq əvəzinə, divan tutdular – Qənirə Ataşova
CƏMİYYƏT

Oğluma dəstək olmaq əvəzinə, divan tutdular – Qənirə Ataşova

18/06/2026 21:46
57
DİN-dən uşaqlara “Tik-Tok” xəbərdarlığı
CƏMİYYƏT

DİN-dən uşaqlara “Tik-Tok” xəbərdarlığı

18/06/2026 19:33
55
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

18/06/2026 19:12
56
Toylarda spirtli içkilər qadağan olunacaq? – Diqqətçəkən AÇIQLAMA
CƏMİYYƏT

Toylarda spirtli içkilər qadağan olunacaq? – Diqqətçəkən AÇIQLAMA

18/06/2026 17:44
54
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
CƏMİYYƏT

“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay

18/06/2026 17:34
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“iPhone 18 Pro”nun qiyməti belə olacaq

“iPhone 18 Pro”nun qiyməti belə olacaq

18/06/2026 23:21
54
DƏHŞƏTLİ QƏZA – Ölən və yaralananlar var

DƏHŞƏTLİ QƏZA – Ölən və yaralananlar var

18/06/2026 22:53
53
Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

18/06/2026 22:35
53
Masazırda avtomobil motosikleti vurdu – VİDEO

Masazırda avtomobil motosikleti vurdu – VİDEO

18/06/2026 22:20
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
68

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
54

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In