Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq.
Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Qeyd olunub ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.
Bununla əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.














