Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

08/07/2026 14:22
CƏMİYYƏT
41 1
Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi
53
Baxış sayı
Havanın istiləşməsi ilə dəniz mövsümü qızğın mərhələyə qədəm qoysa da, boğulma xəbərlərinin sayı da diqqətçəkən dərəcədə artıb. Son günlər demək olar ki, hər gün dənizdə baş verən faciəli hadisələr barədə məlumatlar yayılır. Vətəndaşlar isə bu halların əsas səbəblərindən biri kimi nəzarətli çimərliklərin ödənişli olmasını göstərirlər. Onların sözlərinə görə, bir çox insan pul ödəməmək üçün xilasedicilərin olmadığı, çimmək üçün nəzərdə tutulmayan təhlükəli ərazilərə üz tutur ki, bu da boğulma riskini artırır.
Bəs görəsən, dənizdə boğulma hallarının əsas səbəbləri nələrdir? Bu cür faciələrin qarşısını almaq üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir? 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili AZXEBER.COM-a açıqlamasında bildirib ki, vətəndaşlar çimərlik seçimində  diqqətli olmalıdırlar:

“Vətəndaşlar çimərlik seçimində  diqqətli olmalıdırlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin təmin olunmadığı anlamına gəlir. Son günlər ölümlə nəticələnən suda boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər yetirdiyimiz zaman görürük ki, Xəzər dənizində xidmət tərəfindən qeydə alınmış riskli ərazilər sırasında Daçnik, Milqaya və “Şimal QRES” adlanan ərazilər var. Bölgələrdə isə əsas risk suvarma kanalları, çaylar və süni göllərlə bağlıdır. Bu su hövzələri çimərlik məqsədilə nəzərdə tutulmayıb”.

O deyib ki, insanlar yalnız nəzarətsiz çimərliklərdə boğulurlar:
“Təhlillər göstərir ki, insanlar yalnız nəzarətsiz, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə və su hövzələrində boğulurlar.
Cari ildə çimərlik mövsümündə 13 nəfər olmaqla, ümumilikdə 19 nəfər sulardan xilas edilib. Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan çimərliklərdə isə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər göstərir ki, vətəndaşlar xilasedicilərin xidmət göstərdiyi çimərliklərdən istifadə etməlidirlər. Belə olduqda hər hansı boğulma riski yaranarsa, xilasedicilər dərhal müdaxilə edərək vətəndaşı təhlükədən xilas edə bilərlər. Risk qrupuna həmçinin küləkli havada, dalğalı dənizdə suya girənlər, spirtli içki qəbul etdikdən sonra çimənlər və nəzarətsiz qalan uşaqlar daxildir”.
A.Əlili qeyd edib ki, özəl çimərliklərin hamısında xilasedicilər olmur:
“Özəl çimərliklərin hamısında xilasedicilər olmur. Xilasedicinin olmadığı bütün ərazilər nəzarətsiz ərazilər hesab olunur. Hər hansı ərazidə dünya standartlarına uyğun şərait yaradılsa belə, xilasedici yoxdursa, həmin ərazidə suya girmək həm qadağandır, həm də təhlükəlidir. Hazırda kifayət qədər pulsuz və nəzarət olunan çimərliklər fəaliyyət göstərir. IDEA İctimai Birliyi-nin təşəbbüsü ilə yaradılmış 7 çimərlik, eləcə də bir sıra digər çimərliklər nəzarətlidir və vətəndaşların istifadəsi üçün ödənişsizdir”.
O bildirib ki, hansısa çimərliyin ödənişli olması vətəndaşın öz həyatını riskə atmasına əsas vermir:
“Hər hansı çimərliyin ödənişli olması vətəndaşın öz həyatını riskə ataraq qayalıq və ya nəzarətsiz ərazilərdə çimməsinə əsas vermir. Bu, yanlış yanaşmadır. Bəzi vətəndaşlar ödənişli çimərliyə daxil olaraq həmin çimərliyin təqdim etdiyi bütün xidmətlərdən pulsuz yararlanmaq istəyirlər. Bu isə mümkün deyil. Dünyanın heç bir yerində belə bir yanaşma tətbiq edilmir”.

Oxşarxəbərlər

Azərbaycan ilə bu ölkə viza rejimini ləğv edir
CƏMİYYƏT

Azərbaycan ilə bu ölkə viza rejimini ləğv edir

08/07/2026 12:40
53
Ən zərərli çörək növü hansıdır?
CƏMİYYƏT

Ən zərərli çörək növü hansıdır?

08/07/2026 12:07
55
Astaraya yeni baş memar təyin olundu
CƏMİYYƏT

Astaraya yeni baş memar təyin olundu

08/07/2026 12:01
53
Sumqayıtda adətə çevrilən hadisə – qazdılar, bərpa etməyi unutdular
CƏMİYYƏT

Sumqayıtda adətə çevrilən hadisə – qazdılar, bərpa etməyi unutdular

08/07/2026 11:18
54
SON DƏQİQƏ!Qərar qəbul edildi:Bu gündən qüvvəyə minir
CƏMİYYƏT

SON DƏQİQƏ!Qərar qəbul edildi:Bu gündən qüvvəyə minir

08/07/2026 11:14
56
Rusiya ilə bağlı NATO-da diqqətçəkən xəbərdarlıq
CƏMİYYƏT

Rusiya ilə bağlı NATO-da diqqətçəkən xəbərdarlıq

08/07/2026 11:07
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

08/07/2026 15:51
51
Prezident fərman imzaladı – Qadağan edildi

Prezident fərman imzaladı – Qadağan edildi

08/07/2026 15:41
51
Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

08/07/2026 15:26
50
Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

08/07/2026 14:22
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
60

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.