Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ermənistanın Azərbaycana İXRAC EDƏCƏYİ MƏHSULLAR

13/08/2026 17:00
CƏMİYYƏT
45 2
Ermənistanın Azərbaycana İXRAC EDƏCƏYİ MƏHSULLAR
59
Baxış sayı

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı bugünkü açıqlamaları diqqət çəkib. Paşinyan yaxın vaxtlarda ölkəsindən Azərbaycana məhsul ixracının da həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Lakin o, hansı məhsulların ixrac ediləcəyini dəqiq deməyib. Ermənistanın Azərbaycana hansı məhsulları ixrac edəcəyi isə maraq doğuran məsələdir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan mühüm irəliləyişdən sonra iki ölkə arasında uzun illər davam edən münaqişənin başa çatdırılması və problemlərin birbaşa dialoq yolu ilə həlli istiqamətində yeni mərhələ başlayıb:

“Artıq ötən ilin sonlarından etibarən Azərbaycan öz ərazisini Ermənistanın tranzit daşımaları üçün açmağa başlayıb. Eyni zamanda, Azərbaycan Ermənistana neft məhsullarının ixracını da həyata keçirir. Azərbaycanın ilk neft məhsulları Ermənistan bazarına daxil olanda, təbii ki, müəyyən şübhə və tərəddüdlər var idi. Lakin zaman keçdikcə, Azərbaycan benzininin və dizelinin rəqabətqabiliyyətli olması özünü göstərdi və bu məhsullara tələbat yarandı. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın Ermənistana ixrac etdiyi məhsulların çeşidi daha da genişlənə bilər.

Məsələn, Azərbaycanın kimya sənayesi məhsullarına Ermənistanda tələbatın yaranması mümkündür. Bazarda ehtiyaclar və imkanlar öyrənildikcə, qarşılıqlı ticarət üçün əlverişli olan digər məhsulların da ixracı həyata keçirilə bilər. Bundan başqa, dövlət başçımız Naxçıvanda AzTV-yə müsahibəsində Azərbaycandan Ermənistana elektrik enerjisinin ixracının da mümkün olduğunu bildirib”.

Deputat qeyd edib ki, təbii olaraq, ticari-iqtisadi münasibətlər inkişaf etdikcə, Ermənistandan Azərbaycana idxal olunan məhsulların da meydana çıxması mümkündür:

“Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin qarşılıqlı ixracı imkanını istisna etməyib. Bu, gələcəkdə iki ölkə arasında iqtisadi əməkdaşlığın enerji sektorunu da əhatə edə biləcəyini göstərir. Təbii ki, ticari-iqtisadi münasibətlər inkişaf etdikcə, Ermənistandan Azərbaycana idxal olunan məhsulların da meydana çıxması mümkündür. Mən hesab edirəm ki, ilk növbədə dağ-mədən sənayesi, faydalı qazıntılar, müxtəlif xammal növləri və həmin sahə ilə bağlı məhsullar bu istiqamətdə potensial təşkil edə bilər.

Ermənistanın Azərbaycana, Azərbaycanın isə Ermənistana müxtəlif məhsullar ixrac etməsi gələcəkdə tamamilə normal iqtisadi münasibətə çevrilə bilər. Ancaq bunun üçün, hər şeydən əvvəl, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması və münasibətlərin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi vacibdir.

Sülh müqaviləsindən sonra diplomatik münasibətlərin qurulması və qarşılıqlı iqtisadi əlaqələrin daha geniş şəkildə inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq. Ola bilsin ki, zaman keçdikcə Azərbaycanda Ermənistan istehsalı olan məhsullara, Ermənistanda isə Azərbaycan brendlərinə rast gələk. Çünki qonşu dövlətlər arasında normal münasibətlər formalaşdıqdan sonra əməkdaşlığın istiqamətləri də genişlənir. Ticarət və iqtisadi əlaqələr yalnız iqtisadi dividendlər yaratmır, eyni zamanda xalqlar arasında qarşılıqlı etimadın və əlaqələrin möhkəmlənməsinə xidmət edir”.

Deputatın sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişlənməsi uzun illər davam etmiş düşmənçilik və qarşıdurmanın tədricən aradan qaldırılmasına da müsbət təsir göstərə bilər:

“Ən başlıcası isə insanların bir-birinə münasibətində dəyişiklik yaranacaq, qarşılıqlı təmaslar artacaq və gələcəkdə azərbaycanlıların öz dədə-baba yurdlarına təhlükəsiz və sərbəst şəkildə qayıtması üçün də daha əlverişli şərait formalaşa bilər. Amma bütün bunlar o demək deyil ki, tariximizi unutmalıyıq. Əksinə, Azərbaycan xalqının üzləşdiyi faciələr, münaqişə dövründə baş vermiş hadisələr və tarixi həqiqətlər gələcək nəsillərə çatdırılmalıdır. Tarixi yaddaş qorunmalıdır ki, keçmişdə baş vermiş faciələr gələcəkdə təkrarlanmasın.

Eyni zamanda, tarixi unutmadan gələcəyə baxmağı da bacarmalıyıq. Çünki bütün çətinliklərə və ağrılı tarixə baxmayaraq, biz qonşuyuq və gələcəkdə birgə yaşayışın, qarşılıqlı əməkdaşlığın yollarını tapmalıyıq. Bu gün iki ölkə arasında yaranmış praktiki sülh şəraitinə Azərbaycan və Ermənistan cəmiyyətləri tədricən uyğunlaşmağa, bir-birinə öyrəşməyə başlayır. Bu prosesin davam etməsi, qarşılıqlı ticarətin və iqtisadi əlaqələrin genişlənməsi isə sülhün daha dayanıqlı və davamlı olmasına mühüm töhfə verə bilər”.

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, Ermənistandan Azərbaycana kənd təsərrüfatı məhsulları, balıq, meyvə və dəmir filizi idxal oluna bilər:

“Ermənistanın ixrac potensialına baxdıqda, burada əsasən kənd təsərrüfatı məhsulları, balıq, meyvə və dəmir filizi aparıcı rol oynayır. Yəni Ermənistandan Azərbaycana bu məhsullar ixrac edilə bilər”.

N. Cəfərlinin fikrincə, hətta iki ölkə arasında enerji mübadiləsi də ola bilər:

“Biz Ermənistana qaz sata və ondan işğaldan azad olunmuş ərazilərimizin təminatı üçün elektrik enerjisi ala bilərik. Sadəcə olaraq, bu, uzun prosesdir. Qısa zamanda bu prosesin baş tutması çətindir. Çünki texniki problemlər də mövcuddur. Ona görə ki, ilk növbədə bankların bir-birini tanıması lazımdır. Yəni bank köçürmələri üçün infrastruktur qurulmalıdır”.

Oxşarxəbərlər

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?
CƏMİYYƏT

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
51
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə
CƏMİYYƏT

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
51
DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!
CƏMİYYƏT

DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!

14/08/2026 08:28
61
Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?
CƏMİYYƏT

Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?

14/08/2026 08:17
61
Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!
CƏMİYYƏT

Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!

14/08/2026 08:06
59
Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ

13/08/2026 21:50
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

14/08/2026 09:34
51
620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
51
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
51
Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

Sentyabradək 5 BÜRCÜ BÖYÜK SÜRPRİZ GÖZLƏYİR!

14/08/2026 08:56
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
83

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.