Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər bu tarixədək enməyəcək

14/07/2026 10:07
CƏMİYYƏT
793 41
Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər bu tarixədək enməyəcək
690
Paylaşım sayı
959
Baxış sayı
Azərbaycanda mənzil bazarında ziddiyyətli vəziyyət yaranıb. Belə ki, satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini deyir, alıcılar isə qiymətlərin əlçatmaz olduğunu bildirirlər. Qeyd olunur ki, mənzillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.

Bəs bazarda bu vəziyyətin səbəbi nədir? Qiymətlər niyə enmir və yaxın dövrdə dəyişiklik gözlənilirmi?

Gündəm24.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mənzillərin və ümumilikdə daşınmaz əmlakın qiymətlərinin artması təsadüfi deyil deyib.

“Bu, iqtisadi proseslərin məntiqi nəticəsidir. Hazırda daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından digər istiqamətləri geridə qoyaraq prioritet sahəyə çevrilib. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini əsasən bu sahəyə yönəldirlər. Mənzil bazarında tələb və satış əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalsa da, investisiya cəlbediciliyi qiymətlərin ucuzlaşmasına imkan vermir. Bunun əsas səbəblərindən biri tikintinin maya dəyərinin ildən-ilə artmasıdır. Digər amil isə torpaq sahələrinin məhdud olmasıdır. Torpaq qiymətləri yüksəldikcə, həmin ərazilərdə inşa edilən binaların ümumi maya dəyəri də artır. Bundan başqa, tikinti sahəsində normativlərin və tələblərin sərtləşdirilməsi də xərclərin artmasına səbəb olur. Müasir tikinti standartlarının tətbiqi, prosedurlara və təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi nəticədə mənzillərin bazara daha yüksək qiymətlə çıxarılmasına gətirib çıxarır”.

Ekspert bildirib ki, qiymət artımına təsir edən digər amil alternativ investisiya istiqamətlərinin kifayət qədər cəlbedici olmamasıdır:

“Bu səbəbdən daşınmaz əmlak investisiya üçün əsas seçim olaraq qalır ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Eyni zamanda, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə iqtisadi aktivlik də qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan, yaxın dövrdə də qiymət artımının davam edəcəyi gözlənilir. Qiymətlərə təsir edən mühüm şərtlərdən biri də Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsidir. Bu proses nəticəsində həmin binaların sakinləri yeni mənzil almaq üçün bazara üz tuturlar. Eyni zamanda, onların yerində inşa olunan yeni binaların maya dəyəri yüksək olduğundan bazara daha bahalı mənzillər təklif edilir. Beləliklə, alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, qiymət artımı davam edir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunadək bu tendensiya qorunacaq və 2027-ci ildə də davam edəcək.

Nə qədər ki, alternativ investisiya istiqamətləri formalaşmayıb və vətəndaşlar, eləcə də sahibkarlar sərbəst vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər, bu sahə investisiya baxımından üstün mövqeyini saxlayacaq. Bu meyl xüsusilə pandemiyadan sonra daha da güclənib. Pandemiya dövrü daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olduğunu göstərdi. Qiymət artımı və icarədən gəlir əldə etmək imkanı bu sahəyə marağı daha da artırdı. İnflyasiya və digər iqtisadi amillər nəzərə alındıqda daşınmaz əmlakdakı qiymət artımı real ifadədə o qədər də yüksək deyil. Lakin bazarda qiymətləndirmə nominal rəqəmlərlə aparılır. Məsələn, əgər mənzilin qiyməti dünən 100, bu gün 120 manatdırsa, bu, qiymət artımı deməkdir. Pulun zaman dəyəri və mürəkkəb faiz kimi maliyyə hesablamaları daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasını müəyyən edən əsas meyar hesab olunmur”.

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
975
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
955
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
958
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.