Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İcra hakimiyyəti toyuqla adama fərq qoymur – Zirədə üfunət qalmaqalı

15/04/2026 16:40
CƏMİYYƏT
807 43
İcra hakimiyyəti toyuqla adama fərq qoymur – Zirədə üfunət qalmaqalı
703
Paylaşım sayı
977
Baxış sayı
Zirə qəsəbəsi sakinləri yaşadıqları ərazidə “Zirə Broyler” adı ilə fəaliyyət göstərən toyuq fermasından şikayətçidirlər.
Bakupost.az xəbər verir ki, fermadan yayılan kəskin və dözülməz üfunət sakinlərin həyatını faktiki olaraq iflic edib. Ərazi sakinləri bildirirlər ki, qoxu o qədər ağırdır ki, evlərdə pəncərə açmaq, həyətə çıxmaq belə mümkünsüz hala gəlib.
Sakinlərin sözlərinə görə, vəziyyət xüsusilə isti havalarda daha dözülməz olur:
“Qoxudan nəfəs almaq mümkün deyil. Uşaqlar çölə çıxa bilmir, yaşlılar xəstəlik tapır. Evdə qalmaq da, çöldə olmaq da əzaba çevrilib”.
Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Bir müddət fermanın fəaliyyəti dayandırılsa da, bu, uzun çəkməyib.
Sakinlərin iddiasına görə, müəssisə qısa fasilədən sonra yenidən fəaliyyətini bərpa edib və əvvəlkindən də rahat şəkildə işləməyə başlayıb:
“Sanki heç nə olmamış kimi yenidən başladılar. Heç kim də nəzarət etmir”.
Yerli əhali hesab edir ki, problemin bu qədər uzanması və effektiv tədbir görülməməsi ciddi suallar doğurur.
Mövzu ilə bağlı fermanın sahibi (icarədar) Pənahlı Anar Fikrət oğlu ilə əlaqə saxladıq. O, Bakupost.az-a bildirdi ki, ferma 2002-ci ildən fəaliyyət göstərir və çıxarışlı, xüsusi mülkiyyət torpağında yerləşir:
“Bu ferma tikiləndə burada heç bir əhali yaşamırdı. İnsanlar gəlib burada gecəqondu tikəndə görürdülər ki, ferma var. Günah onların özlərindədir. Bu gün baxırsan ki, ərazidə ev yoxdur, sabah bir də baxırsan ev tikiblər, üstünə də örtüblər. İndi araşdırın görün, o şəxslərdən neçəsinin sənədi var? Birinin sənədi varmı? Aidiyyəti qurumların hamısı – Ekologiya Nazirliyi, icra hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi 2-3 dəfə gəlib baxış keçiriblər. Azı 14-15 qurum gəlib. Tikinti qanunidir, dövlət və icra hakimiyyətindən icazə alınıb, çıxarış da var. Ərazi asfaltlanıb, havalandırma sistemi qurulub. İndi məlum məsələdir ki, toyuq saxlanılırsa, iy olacaq da. İkincisi də mən gedib bulvarın qırağında ferma tikməmişəm ki… Öz kəndimdir də. Öz kəndimdə kasıbçılıqla məşğuluq da”.
Qeyd edək ki, ərazidəki yaşayış evlərinin böyük hissəsinin çıxarış sənədinin olması həmin torpaqların “yaşayış məntəqələri” təyinatlı kateqoriyaya aid olduğunu göstərir. Azərbaycan qanunvericiliyinə əsasən torpaqlar təyinatına görə kateqoriyalara bölünür və hər bir torpaq sahəsi yalnız müəyyən olunmuş məqsədlər çərçivəsində istifadə edilə bilər. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlar aqrar fəaliyyət üçün, sənaye, nəqliyyat və digər istehsal obyektləri isə müvafiq olaraq sənaye təyinatlı torpaqlarda yerləşdirilməlidir.
Bu baxımdan, eyni ərazidə yaşayış təyinatlı torpaqlarla yanaşı belə bir ferma fəaliyyətinin mövcudluğu torpaqdan istifadə qaydaları ilə bağlı uyğunsuzluq ehtimalını gündəmə gətirir. Torpağın kateqoriyası və məqsədli təyinatı dəyişdirilmədən fərqli fəaliyyətin həyata keçirilməsi isə qanunvericiliyin tələblərinə uyğun hesab olunmur və bu, aidiyyəti icra orqanlarının vaxtilə verdiyi qərarların hüquqi əsaslılığı ilə bağlı suallar yaradır.
Xəzər Rayon İcra Hakimiyyətindən Bakupost.az-ın sorğusuna cavab olaraq bu məqama aydınlıq gətirilməyib, sadəcə bildirilib ki, sözügedən ferma müqavilə əsasında rəsmi şəkildə “Azərtaxıl” MMC-nin icarəsində fəaliyyət göstərir.
İcra hakimiyyətindən fermanın yerləşdiyi torpağın təyinatı ilə bağlı sualımıza isə cavab verilməyib.
Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq fermanın rəsmi çıxarış sənədi təqdim edilib:
“Bu çıxarışla təsdiq edilir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır”.

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
976
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.