Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) Başçısına birinci müavin təyin olunub.
Gündəm24.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.
O, bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.













