“Qala” Nəqliyyat Mübadilə Mərkəzindəki dayanacaqların arxa hissəsinin siqaret kötükləri və şüşə qırıntıları ilə çirkləndiyi iddia olunur.
Bu barədə Ajans.az-ın qaynar xəttinə sakinlər tərəfindən şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, dayanacaqların arxa hissəsində xeyli miqdarda siqaret kötükləri və şüşə qırıntıları toplanıb və uzun müddətdir ki, təmizləmə işləri aparılmır.
Bildirilib ki, bu vəziyyət həm ətraf mühitin çirklənməsinə səbəb olur, həm də vətəndaşlar üçün narahatlıq yaradır. Tullantılar xüsusilə piyadalar və dayanacaqdan istifadə edən sərnişinlər üçün təhlükə yarada bilər.
Şikayətçilər aidiyyəti qurumlardan ərazinin təmizlənməsini və bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.














