Çərşənbə, Mart 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Novruz və Ramazan tətili: Hansı sektorlar daha çox qazanacaq?

11/03/2026 17:20
CƏMİYYƏT
43 1
Novruz və Ramazan tətili: Hansı sektorlar daha çox qazanacaq?
56
Baxış sayı

Qarşıdan bayramlarla əlaqədar 10 günlük uzunmüddətli tətil gəlir. Ənənəvi olaraq bu cür uzun bayram tətilləri cəmiyyətdə yalnız istirahət və bayram abu-havası ilə deyil, eyni zamanda iqtisadi fəallıqla da müşayiət olunur.

 

İnsanların gündəlik iş rejimindən uzaqlaşıb istirahətə vaxt ayırdığı bu dövr həm də ölkə daxilində müxtəlif xidmət sahələrinə marağın artdığı, vəsaitlərin daha aktiv dövriyyəyə daxil olduğu mərhələ hesab olunur.

 

Qarşıdan gələn bu 10 günlük bayram tətili ölkə iqtisadiyyatına necə təsir edəcək? Bu müddətdə iqtisadi aktivlik hansı istiqamətlərdə daha çox hiss olunacaq və hansı sektorlar bundan daha çox faydalana biləcək?

 

Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Elman Sadıqovun sözlərinə görə, hər bir ölkə, xüsusilə turizmi inkişaf etdirmək istəyən ölkələr müəyyən uzun tətillərdən, fasilələrdən həm iqtisadiyyatı inkişaf etdirmək, həm də turistləri cəlb etmək üçün istifadə edirlər:

 

 

“Məsələn, müsəlman ölkələrində Ramazan bayramları, eləcə də Novruz bayramı və yaxud Yeni il bayramı üçün tətil günləri həm daxili turizmə xidmət edir, həm də xarici turizmə xidmət edir. Məsələn, tutaq ki, daxili turizmin özündə də əhalinin müəyyən müddətlərdə istirahəti üçün əlbəttə müəyyən fasilələrə ehtiyac var. Həm daxili, həm də xarici turizm zamanı əhalinin bir müddət qazandığı vəsaitləri, məsələn, xərcləməsi, istirahət etməsi üçün bu bayramlar çox uyğundur. Bu bayramlar çox uyğundur və açığı müəyyən mənada istehlakın artmasına, müəyyən sahələrdə biznesin inkişafına, biznesdə dövriyyənin yaranmasına xidmət edir. Nəzərə alsaq ki, Azərbaycanda Novruz bayramı daha çox, turizmin o qədər də aktiv olmadığı dövrə, yəni yay dövrünə təsadüf etmir. Məhz mart ayında artıq müəyyən dövriyyənin olması, əhalinin rayonlara getməsi, istər öz evlərinə, istər turizm məqsədilə bəzi ictimai iaşə müəssisələrinin dövriyyəsinin artmasına xidmət edir. Hotellərin, hətta müəyyən turizm üçün verilən evlərin fəaliyyəti də artır, bu da əhalinin rifahına yardım edir”.

 

Mütəxəssis uzunmüddətli tətillərin bəzi sahələr üçün müəyyən çətinliklər yaratdığını da vurğulayıb:

 

“Məsələn, sahibkarlar üçün və yaxud müəyyən istehsal sahələri üçün müəyyən çətinliklər yarada bilər. Amma düşünürəm ki, artıq ölkəmizdə bu sistem bir neçə ildir davam etdiyi üçün sahibkarlar özləri də bu məsələləri planlaşdırırlar. Növbəli iş sistemi ilə işlərin təşkili, növbəlilik prinsipi, müəyyən istehsalın, emalın kəsilməməsi, yarımçıq qalmaması üçün tədbirlər görülür və əlbəttə ki, bunlar artıq öz yerini tapıb. Uzunmüddətli tətillər xüsusilə restoran şəbəkələrinə müsbət təsir edir. İnsanlar daha çox ictimai iaşə obyektlərinə üz tutaraq, istirahətə üstünlük verirlər. Bunun özü də müəyyən dövriyyəyə təsir göstərir. Bu bayramların ən əsas müsbət tərəflərindən biri də ondan ibarətdir ki, əhali daha çox ölkə daxilində göstərilən xidmətlərə müraciət edir. Məsələn, hotellər, hostellər, ictimai iaşə müəssisələri və yaxud da ölkə daxilində istehsal olunan müəyyən məhsulların istehlakı artır. Digər bir amil isə əlbəttə, hava şəraiti ilə bağlıdır. Bəzi hallarda bu kimi tətillərdə hava şəraiti kəskin şəkildə soyuyur, küləkli və yağışlı havalar olur. Bəzi hallarda isə qar yağdıqda əhali daha çox qar görmək üçün rayonlara gedir və yaxud da hava xoş olduqda rayonlara axın daha da artır. Yəni burada həm də Bakıda qazanılan pulun rayonlara axını məsələsi baş verir ki, bu da önəmli məsələdir. Çünki bildiyimiz kimi biznesin və qazancın böyük hissəsi Bakı şəhərində toplanır. Yəni biz müxtəlif amillərə müxtəlif prizmalardan baxsaq, əlbəttə ki, bu tətillər regionlarda dövriyyənin artması baxımından, Bakı şəhərində qazanılan vəsaitin regionlara paylanması baxımından, ölkədə istehsal olunan məhsulların istehlakının artması baxımından, xidmət sektorunun dövriyyəsinin artması baxımından əlbəttə ki, müsbət hesab olunur”.

 

Oxşarxəbərlər

Müdafiə Nazirliyi məlumat yaydı
CƏMİYYƏT

Müdafiə Nazirliyi məlumat yaydı

11/03/2026 18:43
50
Martın 12-i ilə bağlı rəsmi məlumat
CƏMİYYƏT

Martın 12-i ilə bağlı rəsmi məlumat

11/03/2026 16:52
50
Nəqliyyat Mübadilə Mərkəzinin dayanacağı ACINACAQLI VƏZİYYƏTDƏ
CƏMİYYƏT

Nəqliyyat Mübadilə Mərkəzinin dayanacağı ACINACAQLI VƏZİYYƏTDƏ

11/03/2026 16:22
59
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
CƏMİYYƏT

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

11/03/2026 16:16
56
Kamran Əliyev Sabunçuda qəbul keçirdi- FOTO
CƏMİYYƏT

Kamran Əliyev Sabunçuda qəbul keçirdi- FOTO

11/03/2026 15:50
54
Qəzada ölənlər NARKOTİK DAŞIYIRMIŞ
CƏMİYYƏT

Qəzada ölənlər NARKOTİK DAŞIYIRMIŞ

11/03/2026 14:14
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

11/03/2026 18:43
50
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

11/03/2026 18:30
51
İrandan dünyanı sarsıdacaq “sürpriz” addım – Əraqçi böyük anonsu verdi

İrandan dünyanı sarsıdacaq “sürpriz” addım – Əraqçi böyük anonsu verdi

11/03/2026 18:22
50
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11/03/2026 17:48
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
66

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
79

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.