Novxanı qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Gündəm24.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində iyulun 9-da 35/6 kV-luq “Sarıqaya” yarımstansiyasından çıxan 6 kV-luq “Novxanı – 1” hava xəttində aparılacaq əsaslı təmir işləri zamanı “Novxanı – 1” və “Novxanı – 3” hava xətləri açılacaq. Bu səbəbdən qəsəbin bir hissəsi saat 11:00-dan 15:00-dək işıqsız qalacaq.
Aparılan təmir işlərindən sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəyi vəd olunur.













