Bakı-Quba avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
BMW markalı avtomobilin sürücüsünün idarəetmə zamanı halının qəfil pisləşdiyi və ürək tutmasından sükan arxasında həyatını itirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)














