Şənbə, May 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qar, yağış, dolu… – Məhsullar bahalaşa bilər?

18/04/2026 10:03
CƏMİYYƏT
55 0
Qar, yağış, dolu… – Məhsullar bahalaşa bilər?
70
Baxış sayı

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına mümkün təsirləri ilə bağlı narahatlıq var. Xüsusən də bəzi dağlıq və dağətəyi ərazilərə apreldə qar yağması, dolu və sel riskinin artması mövzunu yenidən aktuallaşdırıb.

Bu fonda sual yaranır: hava şəraitindəki bu dəyişiklik məhsuldarlığa və bazar qiymətlərinə necə təsir edəcək?

Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, apreldə qar və dolu yağması lokal xarakter daşıdığı üçün ümumi mənzərəyə ciddi təsir etmir:

“Apreldə müşahidə olunan gözlənilməz hava şəraiti, o cümlədən, Qubanın yüksək dağlıq ərazilərinə qar yağması və Bakıya dolu düşməsi məhsuldarlığa birbaşa ciddi təsir göstərən amil deyil. Çünki bu cür hava hadisələri, əsasən, lokal xarakter daşıyır və qısa müddətli olur.

Bir və ya bir neçə rayonda baş verən belə hallar, hətta müəyyən təsir yaratsa belə, ümumi məhsula və bazardakı qiymətlərə ciddi təsir göstərə bilməz. Aprelin ortasında qar yağması təbii ki, anomal haldır, amma bu qar meyvə və tərəvəzçiliyin bol olduğu rayonlara yox, əsasən, yüksək dağlıq ərazilərə yağıb”.

Ekspertin sözlərinə görə, tərəvəzçilikdə həlledici dövr hələ başlamayıb və məhsuldarlıq təkcə hava şəraitindən asılı deyil:

“Əgər yağışlı hava uzun müddət davam etsəydi, onda meyvəçiliyə daha ciddi təsirlərdən danışmaq olardı. Tərəvəzçilikdə isə əsas mərhələ hələ qarşıdadır. Ümumiyyətlə, məhsuldarlıq tək bir amildən asılı olmur, bu, kompleks faktorlarla müəyyənləşən məsələdir.

Məhsul bol olduqda, təklif artır və nəticədə qiymətlər aşağı düşür. Hazırkı mərhələdə isə qiymətlərlə bağlı qəti fikir söyləmək tezdir. Əgər çiçəkləmə dövründə hava şəraiti əlverişli keçibsə, tozlanma və mayalanma yaxşı gedibsə, artıq ilkin meyvə əmələ gəlibsə, bu, müsbət göstəricidir.

Ancaq əlverişsiz hava şəraiti uzun müddət, məsələn, bir həftə və ya 10 gün davam etsə, bu zaman göbələk və digər fitopatogen xəstəliklərin yayılması üçün münbit şərait yarana bilər. Hələlik isə məhsulun azalacağı, yaxud qiymətlərin artacağı ilə bağlı ciddi fikir söyləmək üçün əsas yoxdur. Çünki bu, hələ də bir çox amildən asılıdır. Bir bölgədə əlverişsiz hava şəraiti müşahidə olunsa da, başqa bölgələrdə vəziyyət fərqli ola bilər. Ona görə də hazırda narahatlıq üçün ciddi əsas görünmür”.

Oxşarxəbərlər

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq
CƏMİYYƏT

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq

09/05/2026 13:46
60
Sabah hava necə olacaq?
CƏMİYYƏT

Sabah hava necə olacaq?

09/05/2026 13:12
55
Qarabağ Universitetinə sektor müdiri təyin olundu
CƏMİYYƏT

Qarabağ Universitetinə sektor müdiri təyin olundu

09/05/2026 12:55
54
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü qeyd olunur
CƏMİYYƏT

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü qeyd olunur

09/05/2026 12:50
55
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
CƏMİYYƏT

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi

09/05/2026 12:24
55
SON DƏQİQƏ: Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
CƏMİYYƏT

SON DƏQİQƏ: Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ

09/05/2026 12:02
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu dəfə piyadanı təyyarə vurdu

Bu dəfə piyadanı təyyarə vurdu

09/05/2026 15:53
50
Dollarla bağlı vacib MƏLUMAT: Əvvəl ucuzlaşacaq…

Dollarla bağlı vacib MƏLUMAT: Əvvəl ucuzlaşacaq…

09/05/2026 15:43
51
“Xəzər”in məşhur verilişinin vaxtı DƏYİŞDİRİLDİ

“Xəzər”in məşhur verilişinin vaxtı DƏYİŞDİRİLDİ

09/05/2026 15:32
50
Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ

Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ

09/05/2026 15:25
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Trampdan İrana SON XƏBƏRDARLIQ: Hörmüzdə əməliyyatlar yenidən başlaya bilər

Trampdan İrana SON XƏBƏRDARLIQ: Hörmüzdə əməliyyatlar yenidən başlaya bilər

09/05/2026 07:23
55

Kreml Qərbə çağırış etdi: Zelenski ilə bağlı siqnallar görməzlikdən gəlinməsin

Kreml Qərbə çağırış etdi: Zelenski ilə bağlı siqnallar görməzlikdən gəlinməsin

09/05/2026 06:53
54

Müharibə yenidən alovlandı: Rusiya PUA-larla hücuma keçdi

Müharibə yenidən alovlandı: Rusiya PUA-larla hücuma keçdi

08/05/2026 08:47
61

Körfəzdə gərgin gecə: BƏƏ raket və PUA hücumlarına cavab verir

Körfəzdə gərgin gecə: BƏƏ raket və PUA hücumlarına cavab verir

08/05/2026 07:34
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.