Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər

13/07/2026 14:00
CƏMİYYƏT
791 42
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
689
Paylaşım sayı
957
Baxış sayı

Bakıda “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilir. “Yeni Sabah” xəbər verir ki, “Hyatt Regency Baku” hoteldə təşkil olunan tədbirdə avtomobil təhlükəsizliyi, yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyat vasitələrinin texniki sazlığı ilə bağlı məsələlər müzakirə olunur.

 

Konfransda Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və İcbari Sığorta Bürosunun nümayəndələri iştirak edirlər.

 

Tədbirdə avtomobillərdə təhlükəsizliyin təmin edilməsi, sürücülərin nəqliyyat vasitələrinin texniki vəziyyətinə münasibəti, region üçün uyğun olmayan avtomobil modellərinin istifadəsi, qeyri-orijinal ehtiyat hissələrinin yaratdığı risklər və bu sahədə maarifləndirmə işləri əsas müzakirə mövzularıdır.

 

Konfransın məqsədi region üçün uyğun olmayan, “boz bazar” vasitəsilə zəmanətsiz satılan nəqliyyat vasitələrinin vətəndaşlara və rəsmi dilerlərə vurduğu zərərlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, həmçinin təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərin yaratdığı risklərə diqqət çəkməkdir.

Çıxışlar zamanı qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət, zəmanətsiz satılan avtomobillərlə bağlı problemlər, belə məhsulların bazara çıxmasının səbəbləri, texniki nasazlıq nəticəsində baş verən yol-nəqliyyat hadisələri, bunun sığorta sektoruna təsirləri, eləcə də qeyri-rəsmi satış şəbəkələri vasitəsilə avtomobil alan vətəndaşların üzləşdiyi çətinliklər ətrafında fikir mübadiləsi aparılır.

 

Tədbirdə çıxış edənlər son zamanlar ölkədə qeyri-original və keyfiyyətsiz ehtiyat hissələrinin artmasından ciddi narahatlıqlarını ifadə ediblər

 

Qeyd olunub ki, bazara nəzarətsiz daxil olan saxta detallar birbaşa insan həyatına təhlükə yaradır. Son dövrlərdə tez-tez rast gəlinən avtomobillərin qəfil və öz-özünə yanması hadisələrinin məhz bu cür keyfiyyətsiz ehtiyat hissələrindən qaynaqlandığı xüsusilə vurğulanıb.

Müzakirələr zamanı ölkənin avtomobil sektoruna ciddi ziyan vuran, vergidən yayınmağa və haqsız rəqabətə yol açan “boz bazar” mövzusuna geniş yer ayrılıb. Tədbirdə iştirak edən rəsmi şəxslər bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsi və sahibkarların hüquqlarının qorunması barədə danışıblar. Tədbirin əsas məruzəçilərindən olan keçmiş millət vəkili İltizam Yusifov çıxışında gömrük rüsumları, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-original məhsulların bazara daxil olma səbəblərinə toxunub.

İitizam Yusifov qeyd edib ki, saxta və qeyri-original məhsulların ölkəyə kütləvi axınının qarşısını almaq üçün təkcə inzibati tədbirlər kifayət deyil. Burada əsas məsuliyyət həm də rəsmi dilerlərin üzərinə düşür

“Vətəndaşların saxta ehtiyat hissələrinə yönəlməsinin əsas səbəblərindən biri rəsmi dilerlərin tətbiq etdiyi qiymət siyasətidir. Qiymətlər əlçatan olmalıdır ki, sürücülər keyfiyyətsiz və təhlükəli alternativlərə üz tutmasınlar. Rəsmi dilerlər qiymət siyasətinə yenidən baxmalı və bazara daha çevik, real təkliflər təqdim etməlidirlər”.

 

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
975
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
959
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.