Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sərhədlərin indiyədək bağlı qalmasının ŞOK SƏBƏBLƏRİ – Elə şeylər açıqlandı ki…

04/03/2026 10:58
CƏMİYYƏT
781 59
Sərhədlərin indiyədək bağlı qalmasının ŞOK SƏBƏBLƏRİ – Elə şeylər açıqlandı ki…
695
Paylaşım sayı
965
Baxış sayı

Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması təkcə epidemiya və təhlükəsizlik arqumentləri ilə deyil, regionda baş verə biləcək geosiyasi sarsıntıların əvvəlcədən hiss edilməsi kimi də şərh olunur. Yaxın Şərq və ətraf coğrafiyada artan münaqişə riski fonunda bu addım mümkün qaçqın axınının qarşısını almaq, sosial və təhlükəsizlik balansını qorumaq məqsədi daşıyan preventiv tədbir kimi qiymətləndirilə bilər. Dövlətin ehtiyatlı mövqeyi regional qeyri-sabitliyin daxili sabitliyə təsir etməməsi üçün qabaqlayıcı yanaşmanın göstəricisi kimi qiymətləndirmək olarmı?

Bölgədəki gərginliyin yüksəlməsi fonunda sərhəd siyasətində dəyişikliklər gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov bildirib ki, Cənubi Qafqaz ölkələri içərisində ən yaxın regionda çox ciddi çağırışlar var və bu çağırışların daha çox hissəsi məhz Azərbaycan, Qafqaz ətrafında baş verməkdədir.

Politoloqun sözlərinə görə, belə olan təqdirdə biz görürük ki, doğrudan da neoimperalizmi həm dünyanın ayrı-ayrı ölkələri, həm də regionun ayrı-ayrı ölkələri bu gün yenidən öz xarici siyasətlərində yanaşma kimi qəbul etməyə başlayıblar.

“Biz görürük ki, ayrı-ayrı istiqamətlərdən çox ciddi şəkildə informasiya müharibəsi getməkdədir. Və informasiya müharibəsi əlbəttə ki, müəyyən məsələlərə bir zəmin hazırlanması məqsədini daşıya bilər”, – deyə politoloq əlavə edib.

Sərhəd məsələlərinə toxunan politoloq Zaur Məmmədov əlavə edib:

“Rusiya və Ukrayna arasında gedən müharibə son bir il ərzində 2-ci dəfə artıq İranda müharibənin baş verməsi və ümumilikdə ətraflarda kifayət qədər ciddi şəkildə ziddiyyətli məsələlərin olması sərhəd mövzusunu aktual edir. Dövlətin sərhədlərinin qorunması və təhlükəsizliklə məsələlərini gündəmə gəlir”.

“Əgər sərhədlərin bağlanması qərarı hələ də qüvvədədirsə və vaxtilə bu qərar verilmişdirsə, hər dəfə sərhədlərin bağlanması uzadılırsa, deməli, belə məqsədə müvafiq idi. Dövlətin bildiyi məsələlər var ki, bunu ancaq dar çərçivədə bilirlər”, – deyə politoloq əlavə edib.

“Nəticə etibarilə biz bu gün də, bir daha onun şahidi olduq ki, Azərbaycanın təhlükəsizliyi üçün bu vacib addımlardan biri idi. Baxın, bəzi ölkələr hal-hazırda İranla sərhədlərini bağlayıblar. Hansıki, müharibəyə qədər açıq idi. Bəzi ölkələr bu və ya digər şəkildə faktiki olaraq elan etməsələr də İranla sərhədləri bağlayıblar. Biz ara-sıra bu kimi məsələləri digər istiqamətlərdə də görürük. Vaxtilə Suriyada da vətəndaş müharibə başlayanda demək olar ki, biz gördük Suriya qaçqınları hansı istiqamətə getdilər. Digər ölkələr isə faktiki olaraq qapılarını onlara bağlamışdı. Yəni, burada sırf siyasi prosesləri tez duymaq və çevik hərəkət etmək lazımdır. Əlbəttə ki, Azərbaycan bu beynəlxalq münasibətlər sistemində bu gün aparıcı dövlətlərdən biridir. Biz görürük ki, Azərbaycanın atdığı cəld və vaxtında düşünülmüş addımlar onun təhlükəsizliyinin qorunması üçün əsas istiqamətlərdən biridir. Bu gün İranda müharibə gedir və İran ayrı-ayrı ölkələrə zərbələr endirərək oradakı Amerika hücumlarına qarşı bir əks-hücum tədbirləri görməkdədir. Amma digər tərəfdən biz bu ölkələrin hansılar olduğunu görməkdəyik. Dəfələrlə, vaxtikən Azərbaycana da çox güman ki, müraciətlər də edilmişdir, istənilmişdi ki, Qafqaz ərazisində bu və yaxud digər şəkildə bəzi ölkələri öz maraqları üçün istifadə etsinlər. Amma Azərbaycan hakimiyyəti heç vaxt icazə verməyib ki, onun ərazisindən qonşu dövlətlərə qarşı istifadə edilsin. Baxın, praqmatik, çevik və gələcəyi əvvəldən duymaq siyasəti budur. Elə sərhədlər məsələsi də gələcəyə əvvəldən həssaslıqla yanaşmaq deməkdir. Həmçinin, gələcək hadisələri təxmin etmək və düzgün proqnozlaşdırmaq idi”, – Zaur Məmmədov sonda qeyd edib.

Oxşarxəbərlər

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …
CƏMİYYƏT

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

21/09/2026 09:51
953
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

21/09/2026 09:34
953
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
CƏMİYYƏT

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
960
Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

21/09/2026 08:41
955
Bakıda yağış yağacaq – HAVA PROQNOZU
CƏMİYYƏT

Bakıda yağış yağacaq – HAVA PROQNOZU

21/09/2026 08:14
954
Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
976

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – VİDEO

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – VİDEO

21/09/2026 10:14
952
Bakıda tədbirdə monitor qadının üstünə aşıb – VİDEO

Bakıda tədbirdə monitor qadının üstünə aşıb – VİDEO

21/09/2026 10:09
951
Moskva görüşü ərəfəsi görün nələr dedi

Moskva görüşü ərəfəsi görün nələr dedi

21/09/2026 10:03
951
“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

21/09/2026 09:51
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
952

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.