Bazar, Mart 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Saatlıq iş rejimi necə tətbiq olunacaq?

22/01/2026 18:15
CƏMİYYƏT
55 0
Saatlıq iş rejimi necə tətbiq olunacaq?
70
Baxış sayı

Azərbaycanda əmək bazarında yeni yanaşmalar gündəmə gəlir. İş vaxtının daha çevik təşkili və əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə saatlıq iş rejiminin tətbiqi müzakirə olunur. Əmək Məcəlləsinə edilən son dəyişikliklər isə bu modelin hüquqi əsaslarının formalaşdırıldığını göstərir.

Saatlıq iş rejimi necə tətbiq olunacaq?

Bu modeldə əsas prinsip işçinin əmək haqqının faktiki işlədiyi saatların sayına uyğun hesablanmasıdır. Yəni əmək müqaviləsində işçinin aylıq deyil, saatlıq vəzifə maaşı müəyyən ediləcək və ödənişlər bu göstərici əsasında aparılacaq.

Saatlıq iş rejimi tətbiq edilən zaman işçi ilə işəgötürən arasında yazılı razılaşma əsas şərt sayılır. Müqavilədə işçinin saatlıq əmək haqqının məbləği, həftəlik və aylıq maksimal iş saatları, əlavə iş saatlarının hesablanma qaydası və ödəniş dövrləri açıq şəkildə göstəriləcək.

Bu sistem çərçivəsində işçi eyni vaxtda bir neçə iş yerində çalışa biləcək. İş vaxtı günün müəyyən saatları üzrə bölünəcək və hər bir işəgötürən yalnız faktiki işlənmiş saatlara görə ödəniş edəcək. Qeyri-iş və bayram günlərində, eləcə də normadan artıq işlənən saatlar üçün isə Əmək Məcəlləsinə uyğun olaraq artırılmış əmək haqqı tətbiq olunacaq.

Saatlıq iş rejimi əmək haqqının hər saat ödənilməsi demək deyil. Ödənişlər tərəflərin razılığı ilə ayda bir və ya iki dəfə həyata keçirilə bilər. Burada əsas meyar işlənmiş saatların dəqiq uçotu və bu göstəricinin əmək haqqının hesablanmasında əsas götürülməsidir.

Gündəm24.az xəbər verir ki, məsələ ilə bağlı deputat Vüqar Bayramov “Operativ Məlumat Mərkəzi-OMM”ə açıqlama verib.

Deputat qeyd edib ki, bu dəyişikliklər eyni zamanda saatlıq əmək haqqı sistemi ilə bağlı Əmək Məcəlləsində ilkin praktiki mexanizmlərin formalaşdırılması deməkdir.

Vüqar Bayramov vurğulayıb ki, saatlıq iş rejimi işçilər üçün yeni imkanlar yaradır:

“Bu sistem işçilərə bir neçə iş yerində əməkdaşlıq etmək imkanı verə bilər. Yəni işçi günün müəyyən saatlarını bir iş yerində, digər saatlarını isə başqa iş yerində işləyə bilər. Bu isə onların ümumi gəlirlərinin artmasına səbəb ola bilər”.

Deputat əlavə edib ki, saatlıq iş rejimi əmək haqqının mütləq şəkildə hər saat ödənilməsi anlamına gəlmir. Onun sözlərinə görə, əmək haqqının ödəniş dövrü birbaşa işçi ilə işəgötürən arasında əldə olunan razılaşmadan asılı olacaq:

“Ödənişlər ayda bir dəfə və ya ayda iki dəfə həyata keçirilə bilər. Əsas məqam ondan ibarətdir ki, hesablamalar zamanı işlənilən saatların sayı əsas götürüləcək.”

Vüqar Bayramov qeyd edib ki, saatlıq iş rejiminin effektiv tətbiqi üçün işçi və işəgötürən arasında qarşılıqlı razılaşmaların olması xüsusi əhəmiyyət daşıyır.

Oxşarxəbərlər

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO
CƏMİYYƏT

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

15/03/2026 17:42
50
Nazirlər Kabineti mühüm qərar verəcək
CƏMİYYƏT

Nazirlər Kabineti mühüm qərar verəcək

15/03/2026 17:15
50
Bu şəxslərin maaşı 50 faiz ARTIRILDI – QƏRAR
CƏMİYYƏT

Bu şəxslərin maaşı 50 faiz ARTIRILDI – QƏRAR

14/03/2026 22:48
57
DİM sədrinin açıqlaması gündəm oldu – Narazılıqlar daha da alovlandı
CƏMİYYƏT

DİM sədrinin açıqlaması gündəm oldu – Narazılıqlar daha da alovlandı

14/03/2026 21:56
57
Hansı ərazilərdə mənzillər bahalaşıb? – VİDEO
CƏMİYYƏT

Hansı ərazilərdə mənzillər bahalaşıb? – VİDEO

14/03/2026 21:35
55
Bakıda ət BAHALAŞDI
CƏMİYYƏT

Bakıda ət BAHALAŞDI

14/03/2026 19:35
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

4 uşaq anası olan müəllimə faciəvi şəkildə həyatını itirdi

4 uşaq anası olan müəllimə faciəvi şəkildə həyatını itirdi

15/03/2026 20:02
53
Bu seriallar yayımlanmayacaq

Bu seriallar yayımlanmayacaq

15/03/2026 20:01
50
Şimali Koreya 10-dan çox ballistik raket atdı

Şimali Koreya 10-dan çox ballistik raket atdı

15/03/2026 18:45
50
İrandan ABŞ və İsrailə XƏBƏRDARLIQ

İrandan ABŞ və İsrailə XƏBƏRDARLIQ

15/03/2026 18:22
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
70

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.