“Stansiya Sumqayıt” ərazisində kommunal problemlərlə bağlı şikayət var.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, Şəfəq qəsəbəsində qaz təchizatı tez-tez kəsilir.
İddia olunur ki, çox vaxt səhər saat 10:00-dan axşam 17:00-dək qaz təchizatında məhdudiyyət yaranır. Bundan əlavə, ərazidə elektrik enerjisinin də günaşırı kəsildiyi bildirilir.
Sakinlər qeyd edirlər ki, qaz və elektrik təchizatında yaşanan fasilələr gündəlik məişət işlərini çətinləşdirir və ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.














