Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıt Tibb Mərkəzinin direktoru “şəkər” dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi

04/03/2026 10:47
CƏMİYYƏT
779 59
Sumqayıt Tibb Mərkəzinin direktoru “şəkər” dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi
693
Paylaşım sayı
963
Baxış sayı

Sumqayıt Şəhər Məhkəməsində Sumqayıt Tibb Mərkəzində xırda xuliqanlıq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəyasət Bağırovun barəsində tərtib edilmiş protokol əsasında məhkəmə prosesi keçirilib.

Oxu.az-ın məlumatına görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Bağırov tərtib olunan protokolu əsassız hesab edib.

Bildirib ki, o, ikinci dərəcəli şəkərli diabet xəstəsidir:

“Mən ikinci dərəcəli şəkər xəstəsiyəm. Bununla əlaqədar dövlət tərəfindən təyin edilən pulsuz dərmanlarla bağlı Sumqayıt Tibb Mərkəzinə dəfələrlə müraciət etsəm də, həmin dərmanları ala bilməmişəm. Sumqayıt Tibb Mərkəzindəki qanunsuzluqlar və digər neqativ hallarla bağlı Baş Prokurorluğa və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanladım. Müraciət edəndən sonra Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov məni qəbul etmək üçün adamlar göndərdi. Dəfələrlə ayrı-ayrı şəxsləri mənə minnətçi göndərdi ki, şikayətimi geri götürüm, mən götürmədim. Elnur Azadxanov müavini İlkini, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfovu dəfələrlə evimə göndərdi. Amma mən onların heç birinə fikir vermədim.

Bir müddətdən sonra Sumqayıt Tibb Mərkəzində şöbə müdiri işləyən, uzun illər qonşum olan Leyla Sədiyeva bizə gəlib xahiş etdi ki, Elnur Azadxanovla görüşüm. Leylanın sözünü yerə salmadım, Sumqayıt Tibb Mərkəzinə getdim. Leyla məni Azadxanovun qəbuluna apardı. Otağa daxil olan kimi Azadxanov məni təxribata çəkdi və mənə “quldur”, vətən xaini dedi. Məni təhqir etdiyi üçün mən də ona “quldur” dedim. Beş dəqiqə danışığımız oldu və mən otaqdan çıxdım. O mənə dedi ki, bu dövlətə xəyanət etmisən. Mən də dedim ki, xəyanəti sən etmisən. Mən və ailəm dövlətə, dövlətçiliyə xidmət etmişik. Mənim oğlum 44 günlük Vətən müharibəsinə könüllü gedib, igidlik göstərib və altı medalla təltif olunub. Amma Azadxanov həmin vaxtlarda ancaq kabinetdə oturub.

Bir neçə gün sonra yenə Sumqayıt Tibb Mərkəzinin əməkdaşları evimə xahişə gəldilər ki, Elnur Azadxanovu bağışlayım. Mən isə onlara rədd cavabı verdim. Bir həftədən sonra, martın 2-də polisdən zəng gəldi, məni şöbəyə dəvət etdilər. Məlum oldu ki, Elnur Azadxanov mənim barəmdə polisə şikayət edib, guya xuliqanlıq etdiyimi, onu söydüyümü bildirib. Barəmdə protokol tərtib edildi, məhkəməyə gəldik”.
Hakim bildirib ki, Elnur Azadxanov məhkəməyə teleqram göndərib. Teleqramda bildirib ki, iş vaxtı xidməti vəzifəsini yerinə yetirdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmir.

Prosesdə şahid qismində çıxış edən Sumqayıt Tibb Mərkəzinin şöbə müdiri Leyla Sədiyeva təsdiq edib ki, həqiqətən də, Rəyasət Bağırovla qonşudur və Elnur Azadxanovun qəbuluna getməsini o xahiş edib:

“Mən xahiş etdim ki, Elnur Azadxanovla görüşsün, məsələ həll olunsun. Otağa daxil olduq, mübahisə yarandı. Elnur Azadxanovla Rəyasət Bağırov söhbət əsnasında bir-birlərinə “quldur” dedilər. Sonra sakitləşdilər”.

Prosesdə çıxış edən digər şahid, Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Oqtay Nəcəfov isə bildirib ki, o, Rəyasət Bağırovu qəbul edib və Leyla Sədiyeva ilə birlikdə Elnur Azadxanovun qəbuluna göndərib. O, şəxslərin mübahisəsinin şahidi olmayıb.

Prosesdə çıxış edən Rəyasət Bağırovun vəkili Adil Bünyatov bildirib ki, hadisədə heç bir inzibati xəta və xırda xuliqanlıq halı olmayıb:

“İki nəfər bir-birinə “quldur” deyib, dava olmayıb. Ona görə də məhkəmədən xahiş edirəm ki, işə xitam verilsin”.

Çıxışlardan sonra məhkəmə qərarı elan olunub. Qərara əsasən, Rəyasət Bağırov təqsirli bilinərək 50 manat cərimə edilib.

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
975
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
959
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.