Bakı-Sumqayıt yolunda təmizlik işləri aparılıb.
Gündəm24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, yaratdığı yanğın təhlükəsinin qarşısının alınması məqsədilə magistralın Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.














