Naxçıvan Muxtar Respublikasının təhsil sahəsində ciddi müzakirələrə səbəb olan kadr dəyişikliyi ilə bağlı məlumat yayılıb.
Gündəm24.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun tutduğu vəzifədən azad edildiyi iddia olunur. Qeyd olunur ki, bölgədə təhsilin idarə olunmasında və kadr siyasətində yol verilmiş nöqsanlar, eləcə də səsləndirilən tənqidlər bu addımın atılmağına səbəb olub.
Hadisəni şərh edən ictimai fəallar və mütəxəssislər hazırda əsas problemin təkcə bir vəzifəli şəxsin dəyişdirilməsi olmadığını vurğulayırlar:
“İndi əsas məsələ kimin fəaliyyətinin dayandırılması deyil, təhsilin başına gətirilmiş problemlərin obyektiv şəkildə araşdırılması, məsuliyyətin müəyyənləşdirilməsi və nəticələrin aradan qaldırılmasıdır. Təhsil şəxsi ambisiyaların, yarıtmaz idarəçilik və yanlış kadr siyasətinin sınaq meydanı deyil.”
Ekspertlər Naxçıvan təhsilinin gələcəyi üçün daha ciddi, şəffaf, peşəkar və məsuliyyətli yanaşmanın vacib olduğunu bildirirlər. Rəsmi qurumlar tərəfindən məlumatla bağlı hələlik yekun açıqlama gözlənilir.














