Naxçıvanın tanınmış iş adamı, Naxçıvan Şəhər Bələdiyyəsinin sabiq sədri Hüseyn Orucəliyev vəfat edib.
Hüseyn Orucəliyev Naxçıvanda müasir mətbəəçilik sahəsinin formalaşmasında mühüm xidmətləri ilə tanınıb. O, müstəqilliyin ilk illərində Naxçıvanın ilk özəl mətbəəsini yaradaraq bu sahənin inkişafına töhfə verib.
Qeyd edək ki, Hüseyn Orucəliyev görkəmli ziyalı, Əməkdar müəllim və pedaqoq Nəriman Orucəliyevin ailəsində dünyaya gəlib. O, uzun illər sahibkarlıq fəaliyyəti ilə yanaşı, xeyirxah əməlləri ilə də cəmiyyətdə böyük hörmət qazanıb.














