Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ! Azərbaycanda qadağan olunur – QƏRAR VERİLDİ

22/05/2026 15:11
CƏMİYYƏT
43 2
TƏCİLİ! Azərbaycanda qadağan olunur – QƏRAR VERİLDİ
57
Baxış sayı

Azərbaycanda plastik tullantıların həcminin sürətlə artması və bunun ətraf mühitlə yanaşı insan sağlamlığı üçün yaratdığı təhdidlər ekoloji gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. WUF13 çərçivəsində təşkil edilən “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun səsləndirdiyi rəsmi rəqəmlər də vəziyyətin ciddiliyini ortaya qoyur. Belə ki, son 15 ildə ölkəmizdə plastik qabların istifadəsinin 5 dəfə artması, qlobal miqyasda isə hər il istehsal olunan 430 milyondan çox plastik qabın cəmi 10 faizinin təkrar emala cəlb edilməsi qlobal ekoloji fəlakətin miqyasından xəbər verir. Ölkədə tullantıların idarə olunması üzrə xüsusi agentliyin yaradılması və 2027–2030-cu illəri əhatə edən strateji fəaliyyət planının hazırlanması bu sahədə köklü islahatların anonsu olsa da, mağaza və marketlərdə 1-5 manat kimi olduqca ucuz qiymətə təklif olunan plastik məhsulların kütləvi istehsalı və satışı hələ də yüksək templə davam edir. İnsan orqanizminə birbaşa toksiki təsir göstərən bu qabların istehsalının bu dərəcədə genişlənməsinin səbəbləri və onların daha təhlükəsiz alternativlərlə əvəzlənməsi yolları isə cəmiyyəti düşündürən əsas suallardandır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Nazim Məmmədsoy qeyd edib ki, plastik qabların qida sektorunda bu qədər geniş yayılmasının və istehsalının stimullaşdırılmasının arxasında tamamilə iqtisadi amillər, yəni aşağı xərc və dözümlülük faktoru dayanır: “Plastik materialların istehsal xərcləri digər alternativlərə nisbətən dəfələrlə ucuzdur, daşınması rahatdır və qırılma riski yoxdur. Məhz bu səbəbdən kommersiya qurumları və istehsalçılar insan sağlamlığı faktorunu arxa plana keçirərək bu materiallara üstünlük verirlər. Lakin marketlərdə ucuz qiymətə satılan bu qablar qida ilə təmasda olduqda, xüsusilə isti, turş və ya yağlı qidaların saxlanması zamanı tərkibindəki bisfenol-A (BPA), ftalatlar və digər zərərli kimyəvi birləşmələri birbaşa qidaya ötürür. Bu maddələr insan orqanizmində toplandıqca endokrin sistemin fəaliyyətini pozur, hormonal disbalans yaradır və uzunmüddətli perspektivdə xərçəng xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır. Qiymətinin ucuz olması vətəndaşları aldadır, lakin bu qabların sağlamlığımıza vurduğu ziyanın müalicəsi gələcəkdə daha baha başa gəlir”.

Onun sözlərinə görə, plastik qabların istehsalını və istifadəsini minimuma endirmək üçün həm qanunvericilik səviyyəsində sərt addımlar atılmalı, həm də bioloji parçalana bilən alternativlərin istehsalı təşviq edilməlidir:

“Plastik məhsulları tamamilə həyatımızdan çıxarmaq birdən-birə mümkün olmasa da, onları qida sənayesində şüşə, keramika, paslanmaz polad və karton qablaşdırmalarla əvəz etmək tamamilə realdır. Xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların yerinə qarğıdalı nişastası, şəkər qamışı lifi və ya bambukdan hazırlanan, təbiətdə qısa müddətdə parçalanan ekoloji təmiz qablaşdırmaların tətbiqi genişləndirilməlidir. Dövlət tərəfindən ekoloji qablaşdırma istehsal edən müəssisələrə vergi güzəştlərinin tətbiq olunması və plastik istehsalına tətbiq edilən rüsumların artırılması bu keçidi sürətləndirə bilər. 2027–2030-cu illəri əhatə edən məişət tullantılarının idarə olunması proqramı çərçivəsində maarifləndirmə işləri elə qurulmalıdır ki, istehlakçılar marketdən mal alarkən ucuz plastikə deyil, sağlam və təkrar emalı mümkün olan qablaşdırmalara yönəlsinlər”.

Oxşarxəbərlər

“WhatsApp”da bu xidmətlər ödənişli olur
CƏMİYYƏT

“WhatsApp”da bu xidmətlər ödənişli olur

26/06/2026 22:22
58
Dilarə Səlimdən işdən çıxarılması ilə bağlı AÇIQLAMA: “Yayılan xəbər…”
CƏMİYYƏT

Dilarə Səlimdən işdən çıxarılması ilə bağlı AÇIQLAMA: “Yayılan xəbər…”

26/06/2026 22:13
65
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ
CƏMİYYƏT

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

26/06/2026 21:51
53
Bu yazıları oxuya bilən şəxsə 1 milyon dollar mükafat veriləcək
CƏMİYYƏT

Bu yazıları oxuya bilən şəxsə 1 milyon dollar mükafat veriləcək

26/06/2026 21:50
53
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər – MÜHÜM DETALLAR
CƏMİYYƏT

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər – MÜHÜM DETALLAR

26/06/2026 18:33
54
50 yaşınız varsa, bunları yeyin
CƏMİYYƏT

50 yaşınız varsa, bunları yeyin

26/06/2026 18:23
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“WhatsApp”da bu xidmətlər ödənişli olur

“WhatsApp”da bu xidmətlər ödənişli olur

26/06/2026 22:22
58
Dilarə Səlimdən işdən çıxarılması ilə bağlı AÇIQLAMA: “Yayılan xəbər…”

Dilarə Səlimdən işdən çıxarılması ilə bağlı AÇIQLAMA: “Yayılan xəbər…”

26/06/2026 22:13
65
Hansı kərə yağı daha yaxşıdır? – 72,5, yoxsa 82,5 faiz?

Hansı kərə yağı daha yaxşıdır? – 72,5, yoxsa 82,5 faiz?

26/06/2026 22:12
55
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

26/06/2026 21:51
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
81

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
54

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.