Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Televiziya proqramları bağlanacaq? – RƏSMİ CAVAB

25/02/2026 18:21
CƏMİYYƏT
39 3
Televiziya proqramları bağlanacaq? – RƏSMİ CAVAB
53
Baxış sayı

Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.

Bu barədə Gündəm24.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur:

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Audiovizual Şurası audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.

Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir. Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.

Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur.

Bir daha audiovizual yayımçılardan qanunvericiliyin tələblərinə ciddi əməl etmələri, peşə etikası qaydaları çərçivəsində fəaliyyət göstərmələrinin təmin etmələri tələb olunur”.

Oxşarxəbərlər

Prezident Xocavənd şəhərində görülmüş işlərlə tanış olub, sakinlərlə görüşüb – YENİLƏNİB
CƏMİYYƏT

Prezident Xocavənd şəhərində görülmüş işlərlə tanış olub, sakinlərlə görüşüb – YENİLƏNİB

25/02/2026 20:15
52
Ramazan ayının 8-ci günü: duası, imsak və iftar vaxtları
CƏMİYYƏT

Ramazan ayının 8-ci günü: duası, imsak və iftar vaxtları

25/02/2026 19:12
53
Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır
CƏMİYYƏT

Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır

25/02/2026 15:00
54
Sabah hava yağmursuz olacaq
CƏMİYYƏT

Sabah hava yağmursuz olacaq

25/02/2026 12:41
55
Azərbaycanda iş saatları AZALDILIR
CƏMİYYƏT

Azərbaycanda iş saatları AZALDILIR

24/02/2026 23:19
52
Sabah bəzi ərazilərə qar yağacaq
CƏMİYYƏT

Sabah bəzi ərazilərə qar yağacaq

24/02/2026 12:40
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
Tarix Əliyevə yeni vəzifə verildi

Tarix Əliyevə yeni vəzifə verildi

25/02/2026 22:08
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
53

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.