İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı Omanın vasitəçiliyi ilə aparılan danışıqların fevralın 17-də keçiriləcəyi İsveçrəyə gedib.
Gündəm24.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu səfər zamanı xarici işlər naziri həmçinin İsveçrənin, Omanın xarici işlər nazirləri, AEBA-nın baş direktoru və İsveçrədə yerləşən beynəlxalq təşkilatların digər rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq.














