Finlandiya Prezidenti Aleksandr Stubb qarşıdakı günlərin Ukraynadakı münaqişənin həlli üçün həlledici olacağını söyləyib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, Stubb Ukraynanın gələcəyinin özündən asılı olduğunu diqqətə çatdırıb.
“Qarşıdakı günlər Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərimizdə həlledici məqamlar olacaq”, – o, X-də yazıb.
Finlandiya prezidenti əlavə edib ki, NATO-nun baş katibi Mark Rutte və Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bildirib ki, Ukraynanın gələcəyi özündən, Avropa təhlükəsizliyi isə Qərbdən asılıdır.














