Böyük Britaniyanın Uels bölgəsində təyyarə qəzaya uğrayıb.
Gündəm24.az Bakupost-a istinadən xəbər verir ki, polis hadisənin Qvinedddə baş verdiyini bildirib.
Məlumata görə, təyyarə İngiltərədəki aerodromdan havaya qalxsa da, təyin olunmuş vaxtda Karnarvon hava limanına çata bilməyib və axtarış-xilasetmə əməliyyatı başlayıb.
Təyyarənin qalıqları və iki nəfərin cəsədi aerodromdan təxminən 60 kilometr aralıda yerləşən ucqar bir ərazidə tapılıb.
Həlak olanların şəxsiyyəti və təyyarənin modeli hələlik açıqlanmayıb.
Qəzanın səbəbləri araşdırılır.














