ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəyə qoşulan Yəməndəki husi üsyançıları İsrailə raket hücumu həyata keçirib.
Gündəm24.az xəbər verir ki, İsrail ordusu husilərin ölkənin mərkəzi və cənub ərazilərini hədəf alan raketlər atdığını açıqlayıb. Yəməndən atılan raket səbəbindən İsrailin mərkəzi ərazilərində və cənubda yerləşən Ölü dəniz bölgəsində həyəcasn siqnalı verilib. Raketlərin müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bəyan edilib.
Qeyd edək ki, Yəməndəki husilər müharibə başlayandan bəri ilk dəfə ötən həftə İsrailə raketlər atmışdı./metbuat.az













