Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin Silahlı Qüvvələrinin yeni gerbini təqdim edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Nazir yeni emblemlə bağlı videomüraciəti “Facebook” sosial şəbəkəsində paylaşıb.
Yeni gerbdə Ermənistan bayrağı və ölkənin xəritəsi təsvir olunub. Eyni zamanda, emblemdə qılınc və xaç elementi ilə təsvir edilən qartal yer alıb.
Bununla yanaşı, əvvəlki versiyada qalxan üzərində yerləşən bərabərtərəfli xaç gerbdən çıxarılıb və onun əvəzinə başqa bir nişan əlavə edilib./konkret.az















