Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin tezliklə azad olunması ilə bağlı çağırışı müzakirələrə səbəb olub.
Gündəm24.az xəbər verir ki, məqalədə qeyd olunur ki, söhbət hərbi əsirlərdən deyil, konkret cinayətlərdə – o cümlədən hərbi cinayətlər və terror aktlarında ittiham olunan və ya məhkum edilən şəxslərdən gedir.
Bildirilir ki, beynəlxalq təcrübədə ağır cinayət törədən şəxslərin cəzalandırılması sülhün əsas şərtlərindən biri sayılır. Nümunə kimi Nürnberq prosesi və keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal göstərilir. Bu yanaşmaya görə, belə hallarda cəzaların siyasi məqsədlərlə ləğvi presedent yaratmır.
Məqalədə həmçinin vurğulanır ki, bu cür şəxslərin azad edilməsi ədalət prinsipinə zidd hesab olunur və hüquq sisteminə inamı sarsıda bilər. Azərbaycanın mövqeyinə görə, məhkəmə qərarları milli qanunvericilik və sübutlar əsasında qəbul edilir və onların siyasi təzyiqlə dəyişdirilməsi yolverilməzdir.
Nəticə olaraq qeyd edilir ki, davamlı sülh yalnız ədalət və hüququn aliliyinə riayət edildiyi halda mümkün ola bilər./KONKRET.az













