Cümə axşamı, İyul 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanın tanınmış Xalq artisti vəfat etdi – FOTO

13/04/2026 17:29
Gündəm
57 1
Azərbaycanın tanınmış Xalq artisti vəfat etdi – FOTO
74
Baxış sayı

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Gündəm24.az-ın məlumatına görə, görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov 13 aprel 2026-cı il tarixində, ömrünün 97-ci ilində vəfat edib.

Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib. 1951-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb.

Qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərən Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), Polad (“Qız qalası”), Azad (“Gülşən), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə də çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğinə böyük töhfələr verib.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Maqsud Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Oxşarxəbərlər

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
57
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
56
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
59
Leyla Əliyevanın doğum günüdür
Gündəm

Leyla Əliyevanın doğum günüdür

03/07/2026 08:40
61
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Gündəm

Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı

02/07/2026 21:02
54
Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında
Gündəm

Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında

02/07/2026 17:12
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakının mərkəzində “cəhənnəm bitkisi” – Bir yarpağına toxunmaq belə öldürür/FOTO

Bakının mərkəzində “cəhənnəm bitkisi” – Bir yarpağına toxunmaq belə öldürür/FOTO

08/07/2026 23:32
54
TƏCİLİ! Ədroğan bunu İLK dəfə açıqladı – NATO ilə…

TƏCİLİ! Ədroğan bunu İLK dəfə açıqladı – NATO ilə…

08/07/2026 23:30
52
Bu analizlərə pul xərcləməyə dəyməz – Kardioloq açıqladı

Bu analizlərə pul xərcləməyə dəyməz – Kardioloq açıqladı

08/07/2026 22:58
56
Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı: Hava hücumundan müdafiə və diplomatiya müzakirə olunub

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı: Hava hücumundan müdafiə və diplomatiya müzakirə olunub

08/07/2026 22:57
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
73

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In