Şənbə, Avqust 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İran-ABŞ danışıqları: “Hər iki tərəf müharibəyə hazırlaşır?”

15/08/2026 16:55
Dünya, Manşet
47 4
İran-ABŞ danışıqları: “Hər iki tərəf müharibəyə hazırlaşır?”
64
Baxış sayı

Tehran Vaşinqtonla dolayı danışıqların bərpasına hələ qərar verməyib. Belə ki, İran XİN rəhbəri Abbas Araqçi bildirib ki, Qətər və Pakistan tərəflər arasında yalnız mesaj mübadiləsi aparır və bu, danışıqlar demək deyil. O, 60 günlük müddətin atəşkəs yox, yekun razılaşma üçün nəzərdə tutulan danışıqlar müddəti olduğunu deyib. Əraqçi həmçinin Omanla təmasların siyasi deyil, Hörmüz boğazında gəmilər üçün yeni marşrutların müəyyənləşdirilməsi ilə bağlı texniki xarakter daşıdığını açıqlayıb. Nazirə görə, boğazın açılması isə ABŞ-ın yerinə yetirməli olduğu şərtlərdən asılıdır.

Bu açıqlamalar İran-ABŞ münasibətlərində hansı ssenaridən xəbər verir? Hörmüz boğazında yeni marşrutların hazırlanması boğazın açılmasına hazırlıqdırmı?

Mövzu ilə bağlı professor, politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Professorun sözlərinə görə, hazırkı vəziyyətdə tərəflərin sülhə doğru səmimi addım atdığı görünmür və bölgədəki proseslər daha çox yeni qarşıdurma mərhələsinə hazırlıq təsiri bağışlayır:

“Hesab edirəm ki, bu açıqlamalar məntiqsizdir. Necə yəni? Yüzillər boyu dünya okeanının tərkib hissəsi kimi tanınan Hörmüz boğazına indi İran yeni bir rüsum qoyub, oradan gəmiləri buraxmaq üçün haqq istəyir? Və yaxud istədiyi gəmini buraxır, guya ABŞ-ın müttəfiqi olan ölkələrin gəmilərini isə buraxmır. Bilirsiniz, dünyada əgər bu cür özbaşınalıq olsa, hər şey, hər bir ölkənin subyektiv qərarları ilə nizamlansa, onda dünya nizamı xaosa çevrilər. Necə ki, indi həmin bölgədə xaosa çevrilib”.

Qabil Hüseynli İran tərəfinin əvvəlki təmasları sülh razılaşması kimi qəbul etməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, həmin görüşlər daha çox ilkin razılaşmaya aparan, möhkəmliyi olmayan razılaşmalar xarakteri daşıyıb:

“İran tərəfi deyir ki, guya indiyə qədər aparılan danışıqlar sülh razılaşması olmayıb. Bunlar yalnız memorandum xarakteri daşıyıb. Ortaya çıxan məsələlər hər hansı ilkin razılaşmaya doğru aparan, ilkin və o qədər də möhkəm olmayan razılaşmalar idi. Biz isə daha möhkəm razılaşma uğrunda mübarizə aparırıq. 70 günlük müddət də sülh sazişinin imzalanmasına hazırlıq üçün verilmişdi. Daha doğrusu, tərəflər razılaşmışdılar ki, bu müddət ərzində hər iki tərəf üçün əlverişli olan məqamları seçib ayırsın və onları razılaşdırmağa çalışsın.

Bilinmir ki, bu xaos amerikalı Trampın işidir, yoxsa İrandakı çoxvektorlu hakimiyyətdə olan şəxslərin bir-biri ilə didişməsinin nəticəsidir. Ölkənin bir mövqeyi ola bilər. İndi isə bu mövqelər xeyli haçalanır, müxtəlif qollara ayrılır. Bunun Amerikanın işi, yoxsa İranın daxili məsələsi olduğunu deməkdə çətinlik çəkirəm. Amma mən hər halda o cür ciddi sülh danışıqlarının aparıldığını görmürəm”.

Qabil Hüseynlinin fikrincə, tərəflər hazırda sülhə deyil, hərbi imkanlarını yenidən gücləndirməyə daha çox diqqət yetirirlər:

“Amerikanın hərbi silah-sursat ehtiyatı müəyyən qədər tükənir. O, aralıq bir fasilə götürür və bu müddət ərzində tükənmiş silah-sursat ehtiyatının yerini doldurmaq üçün istehsalı daha da artırır. Eyni proseslər İranda da baş verir. Yəni sülhə doğru səmimi bir addım hər iki tərəfdən də görünmür.

Bu danışıqların yenidən başlaması ehtimalları da, belə deyək, azdır.

Bundan sonra nə baş verə bilər? Qarşıdurma növbəti mərhələdə necə inkişaf edə bilər?

İsrail Amerika Birləşmiş Ştatları ilə İran arasındakı münasibətlərin inkişaf xəttini izləyərək, ona uyğun olaraq öz strategiyasını hazırlayacaq. Hazırda İsrail pusquda dayanıb, çox hiyləgər siyasət yürüdür. Bu müddət ərzində, məncə, Amerikada ya yeni silahlar yaradacaqlar, ya da mövcud silahların istehsalını artıraraq azalmış ehtiyatlarını bərpa edəcəklər və sair.

İran əgər sakitcə dursa və yaxud səmimi şəkildə sülhə meyl edərsə, İsrail nə qədər qızışdırıcı rol oynasa da, müharibəyə nöqtə qoymaq olar. Müharibəni siyasi sülh sazişi ilə bitirmək mümkündür. Amma tərəflərin hər birinin ağzından bir-birindən fərqli səslər gəlir.

Məsələn, Tramp bu gün bir şeyi deyir, sabah başqa bir şeyi. Tramp gah dedi ki, silah-sursat ehtiyatlarımız azalıb. Ertəsi gün dedi ki, yox, bizim silah-sursat ehtiyatımız bitməz-tükənməzdir və istənilən vaxt İranı vurub yer üzündən siləcəyik.

Yəni sülh danışıqlarında təmkinli, düşünülmüş və məntiqli fikirlərlə çıxış edən siyasətçiyə rast gəlmək olmur. Amerika tərəfində də, İran tərəfində də vəziyyət mürəkkəbdir. İranda prezidentin səlahiyyətləri demək olar ki, yox dərəcəsindədir. Dini liderin gah öldüyünü, gah da müalicə olunduğunu deyirlər. Ölkədə vəziyyət qarışıqdır.

Hakimiyyət səlahiyyətlərini isə SEPAH-ın hərbi rəhbərliyi, yəni generallar ələ keçirib və bütün qərarları onlar verirlər. Belə olan vəziyyətdə ölkənin vahid siyasi kursunu, vahid siyasi xəttini hazırlamaq çox çətin olur”.

Qabil Hüseynli həmçinin vurğulayıb ki, mövcud vəziyyətdə hər iki tərəfin maraqlarına cavab verən praqmatik sülh sazişinin əldə olunması asan görünmür:

“Zənnimcə, necə İranda SEPAH, necə Amerikada Tramp əsas qərarverici mövqedədirsə, belə bir şəraitdə hər iki tərəfin maraqlarına cavab verən ağıllı, praqmatik sülh sazişini imzalamaq çətin olacaq”.

Oxşarxəbərlər

Xoşqədəm illərdir gizlətdiyi sirri: “Hər il buraya gəlirəm”
CƏMİYYƏT

Xoşqədəm illərdir gizlətdiyi sirri: “Hər il buraya gəlirəm”

15/08/2026 18:05
50
Məşhur türk serialı final edir?
Manşet

Məşhur türk serialı final edir?

15/08/2026 18:00
55
Bu ərazilərdə qaz olmayacaq – Sakinlərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bu ərazilərdə qaz olmayacaq – Sakinlərə XƏBƏRDARLIQ

15/08/2026 17:36
58
Əməkdar artistin kuryerə verdiyi məbləğ gündəm oldu
CƏMİYYƏT

Əməkdar artistin kuryerə verdiyi məbləğ gündəm oldu

15/08/2026 17:31
71
Ermənistandan Moskvaya ŞOK mesaj: İrəvan Kiyevə yaxınlaşır
Manşet

Ermənistandan Moskvaya ŞOK mesaj: İrəvan Kiyevə yaxınlaşır

15/08/2026 17:20
54
Afaq Bəşirqızı etiraf etdi: “Çox darıxıram, amma…”
Manşet

Afaq Bəşirqızı etiraf etdi: “Çox darıxıram, amma…”

15/08/2026 17:08
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xoşqədəm illərdir gizlətdiyi sirri: “Hər il buraya gəlirəm”

Xoşqədəm illərdir gizlətdiyi sirri: “Hər il buraya gəlirəm”

15/08/2026 18:05
50
Məşhur türk serialı final edir?

Məşhur türk serialı final edir?

15/08/2026 18:00
55
Bu ərazilərdə qaz olmayacaq – Sakinlərə XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz olmayacaq – Sakinlərə XƏBƏRDARLIQ

15/08/2026 17:36
58
Əməkdar artistin kuryerə verdiyi məbləğ gündəm oldu

Əməkdar artistin kuryerə verdiyi məbləğ gündəm oldu

15/08/2026 17:31
71

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
71

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
130

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.