İran Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinin nüvə obyektləri ilə bağlı səsləndirdiyi bəyanatlara aydınlıq gətirib.
Gündəm24.az xəbər verir ki, İran XİN-in mətbuat katibi İsmayıl Baqai İsveçrədə keçirilən danışıqlar nəticəsində MAQATE ilə əməkdaşlıq çərçivəsində əlavə öhdəliklər götürülmədiyini bəyan edib. O vurğulayıb ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qarşılıqlı fəaliyyəti mövcud qaydalar, eləcə də İslami Məşvərət Şurası və Milli Təhlükəsizlik Şurasının qərarları əsasında davam etdiriləcək.
Baqai əlavə edib ki, nüvə sahəsində əməkdaşlığın müzakirəsi yalnız ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun 13-cü bəndinə uyğun olaraq mümkündür. Bu isə o deməkdir ki, məsələyə yalnız tam atəşkəsin təmin olunması, blokada və ixrac məhdudiyyətlərinin aradan qaldırılması, eləcə də İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasından sonra baxıla bilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın MAQATE müfəttişlərini öz nüvə obyektlərinə buraxmağa razılaşdığını iddia etmişdi.//KONKRET.az














