Dekabrın 14-də Rusiya ordusu 139 raket və İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hava zərbələri endirib.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, müdafiə qüvvələri hücum zamanı 110 ədəd “Shahed” PUA-sını məhv edib:
“Hücum nəticəsində bölgədə ciddi dağıntılar və həyəcan davam edir”.














